İnformasiya Təhlükəsizliyi Akademiyası (BGA) Bakıda keçiriləcək White Hat Hacker treninqində iştirak etmək üçün müraciətlərin mart ayından etibarən qəbul olunacağı barədə məlumat yayıb.
Sertifikatlı White Hat Hacker («bəyaz şlyapalı xaker») bədniyyətli kiber hücumların üsul və yollarını bilən, bu biliklərdən avadanlıq və proqram təminatının müdafiəsi üçün istifadə edən kiber-təhlükəsizlik üzrə xoşməramlı mütəxəssislərə deyilir.
Yer: Bakı, Azərbaycan
Vaxt: 10 — 14 aprel 2017
Daha ətraflı məlumat üçün: https://www.bgasecurity.com/2017/02/azerbaycan-certified-ethical-hacker-ceh-v9-egitim-basvurulari-acildi/. Müraciətlər [email protected] elektron ünvanına qəbul olunur.