spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияAzərbaycanın İT şirkəti Dünya Bankının Qazaxıstanda keçirdiyi tenderin qalibi oldu

Azərbaycanın İT şirkəti Dünya Bankının Qazaxıstanda keçirdiyi tenderin qalibi oldu

Azərbaycanın aparıcı İT şirkəti «Cybernet» Dünya Bankının dəstəyi ilə Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin «Qazaxıstanın səhiyyə sahəsində texnologiyaların transferi və institusional islahat» layihəsi çərçivəsində keçirdiyi tenderin qalibi oldu. Tenderin nəticələrinə görə dekabrın 6-sında Qazaxıstanın Astana şəhərində müvafiq müqavilə imzalanıb. «Cybernet» şirkətinin rəhbərlik etdiyi, eləcə də Rusiyanın «BARS Group» şirkətinin iştirak etdiyi konsorsiumla ilə yanaşı tenderdə Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan, Rusiya və digər ölkələrdən daha 10 şirkət iştirak edib.

Tamamilə Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanan məhsul sifarişçiyə məhz Azərbaycan məhsulu olaraq təqdim olunacaq.

Şirkətin rəhbəri İlham Namazov hesab edir ki, tenderin qazanılması həm şirkət üçün, həm də ümumilikdə Azərbaycan İT sektoru üçün önəmli addımdır. İ.Namazov bununla bağlı bildirib: «Cybernet şirkəti bu günə kimi bir neçə xarici ölkə üçün məhsullar hazırlayıb, amma bu məqamda şirkətimizin beynəlxalq tenderi udması əhəmiyyətli hadisədir. Neft qiymətlərinin düşməsi, dünya iqtisadiyyatı ilə yanaşı ölkəmizdə də iqtisadi çətinliklərin olması fonunda bu uğur xüsusi məna daşıyır. Nailiyyətimiz Azərbaycanın beynəlxalq aləmdə intelektual məhsullar istehsalçısı kimi tanınmasında önəmli rol oynayacaqdır».

Layihə çərçivəsində hazırlanacaq sistem Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin iş səmərəliliyini artırılmasına, vahid avtomatlaşdırılmış sistem əsasında mütəxəssislərin beynəlxalq standartların tələblərinə uyğun yetişdirilməsinə imkan yaradacaq.

Xatırladaq ki, fəaliyyətə 2004-cü ildə başlayan, 2011-ci ildən etibarən «Synergy Group»un İT sektoruna daxil olan «Cybernet» şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmət və həlləri təklif etməkdədir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlnamasında, o cümlədən Azərbaycanda Elektron Hökumətin qurulmasında böyük təcrübəyə malikdir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -