AppAnnie şirkətinin yeni hesabatına əsasən, mobil tətbiqlər bazarı 70 milyard dollardan (2015) 189 milyard dollaradək artacaq (2020).
İstifadəçilərin mobil tətbiqlərdə keçirdiyi vaxt 2020-ci ilədək 114% artacaq, mobil oyunlar isə «store»-lara ümumi gəlirlərin 55%-ni qazandıracaq. AppAnnie tədqiqatçılarının sözlərinə görə, 2020-ci ildə mobil reklamlardan gələn gəlirlər də əhəmiyyətli dərəcədə artacaq.