NetMarketShare saytının statistikasına əsasən, cari il Chrome brauzeri üçün uğurlu olub və Google məhsulu bazar payında 35%-dən 55%-dək artım reallaşdırıb.
Internet Explorer brauzerinin bazar payı isə 44%-dən 23%-dək enib. Microsoft Edge brauzerində isə 3%-dən 5%-dək artım qeydə alınıb.
Tədqiqatçıların araşdırmalarına əsasən, Microsoft 330 milyon Internet Explorer istifadəçisini itirib və onların böyük hissəsi Chrome brauzerinə keçib.
Maraq üçün bildirək ki, ötən il bazarın 50%-i Internet Explorer-ə məxsus idi. Google Chrome isə cəmi 27% ilə kifayətlənirdi.