11 noyabrdan etibarən məşhur sosial şəbəkə Facebook-da texniki problemlər qeydə alınıb. Nəticədə minlərlə istifadəçinin səhifələrində onların ölümü ilə bağlı məlumat yerləşdirilib və istifadəçinin yaxınları və ailə üzvlərinə baş sağlığı ismarıcı göndərilib. «Ölənlər» arasında sosial şəbəkənin təsisçisi Mark Zuckerberg də var.
Sistem səhvi sosial şəbəkə istifadəçilərinin bir hissəsini qəzəbləndərib (onlardan bəziləri hətta məhkəməyə müraciət edəcəyini bildirib), digər istifadəçilər isə bu texniki problemi zarafat olaraq qəbul ediblər. Problem tez bir zamanda aradan qaldırılıb.