Apple şirkətinin iOS üçün təqdim etdiyi yeni tətbiq vasitəsilə istifadəçilər «Support» bölməsi ilə əlaqə yarada biləcəklər. AppleCare işçisi ilə əlaqə telefon zəngi və ya quraşdırılmış çat vasitəsilə qurulacaq. Birbaşa «Support» tətbiqindən smartfonun təmiri üçün mağaza seçmək və vaxt təyin etmək mümkün olacaq.
Hal-hazırda Apple Support tətbiqi yalnız ABŞ-da əlçatandır, lakin, tezliklə digər ölkələrdə də yükləmə mümkün olacaq.