spot_img
24 ноября, 2024
ДомойСайтыОбзорыTez, ucuz, hətta pulsuz sayt yaratmağın yolları

Tez, ucuz, hətta pulsuz sayt yaratmağın yolları

Sayt konstruktorlarını bir çox məsələni həll etməyə qadir olan tam funksiyalı «kombayn» adlandırmaq olar. Onlardan istifadə edərək İnternet mağazası, korporativ sayt, ya da hər hansı bir məhsulu bazara çıxartmaq məqsədilə adi bir səhifəni yaratmaq mümkündür. Bu gün sizə texniki səriştəsi olmayanlara belə sayt və web-səhifə yaratmağa kömək edən servislərin icmalını təqdim edirik. Ümidvarıq ki, sürət, sadəlik müqayisə faktorlarına əsaslanaraq tərtib etdiyimiz reytinq sizə saysız-hesabsız təkliflər arasından ən uyğun olanını seçməyə kömək edəcək. Burada biz hər konstruktoru ən parlaq şəkildə səciyyələndirən əsas üstünlüyünü ön plana çıxartmağa çalışdıq. Reytinqdə yalnız fərqli istifadəçi qrupların istiqrarlı tələbatını qazanmış, bazarda müəyyən mövqeə sahib olan mühərriklər yer alır. Burada sadəcə sınaqdan uğurla keçmiş, istifadə edilməsinə zəmanət verilmiş həllər yer alır.

№1. uCoz sayt konstruktoru

http://www.ucoz.ru/

uCoz öz rəqiblərini bir neçə parametrə görə üstələyir. Artıq 10 ildir ki, mövcud olan bu mühərrik indiyədək təkmilləşdirilməyə davam edir. Bu yaxınlarda konstruktorun admin paneli yenilənib. Əgər uzun illər həyatda qalmağa müvəffəq olan sadə dizayn nə mövcud, nə də yeni müştəriləri qorxutmayıbsa, demək, platforma doğrudan da nəyə isə dəyər. Modul sistemi ilə qurulan uCoz konstruktorunun hər vəziyyətə uyğun olan komponentləri var. Lap supermarketdəki kimi: əvvəlcə istədiyin keyfiyyətli malları səbətə yığırsan, sonra isə kassaya doğru irəliləyirsən. Hər modul funksional cəhətdən tamamlanıb və buna görə də hər hansı nöqsanın olduğuna dair şübhə yaratmır. Misal üçün, əgər siz «bloq» modulunu aldınızsa, əmin olun — orada çevik sistem qurmaq üçün nə lazımdırsa, var. Eyni sözlər bütün digər modullar üçün də keçərlidir.

ucoz

Yeni adaptiv şablonlar olduqca cəlbedicidir. Unikal variant yaratmaq üçün mağazada cəmi 15 dollar xərcləməniz yetər. İstəsəniz, öz dizayn maketinizi başdan qura, istəsəniz, əlinizdə olan hazırını təkmilləşdirə bilərsiniz. Üstəlik, həm də HTML/CSS-dən də başınız çıxırsa, onda əsl möcüzə yaradacaqsınız. Məhdudiyyət yoxdur!

uCoz pulsuz da istifadə oluna bilər. Domeninizi tarif ödəmədən də qoşa bilərsiniz. Qeyd edək ki, belə fürsəti başqa heç bir konstruktor təklif etmir. Qeydiyyat tamamlandıqdan dərhal sonra funksionalın böyük qismindən istifadə etmək olar. Təkçə o var ki, gözünüzün önündəki reklam banneri ilə barışmalı olacaqsınız, axı tərtibatçılar da haradansa çörək qazanmalıdırlar. Bununla belə, söhbət təhsil, ya da bir sıra qeyri-kommersiya saytlarından gedəndə uCoz həmin bannerləri ortadan qaldırmağa hazırdır. Bunun üçün texniki dəstək xidmətinə yazılı müraciət etmək lazımdır. Məhz bu səbəbdən platforma dövlət qurumları, təhsil ocaqlarına aid saytlar və xəstəxanalar üçün çox cəlbedicidir. Nəhayət, sazlama bölməsində bircə parametri dəyişməklə zəif görmə qabiliyyəti olanlar üçün sayt yaratmaq olar.

Qeydiyyat tamamlandıqdan sonrakı iki gün ərzində bütün tariflərə 50%-lik endirim təqdim olunur. Beləliklə, ayda 5 dollar ödəməklə domen və premium şablonu hədiyyə kimi əldə edib mağazanı qurmağa başlaya bilərsiniz. Alternativ kimi sizə uWeb servisini də təklif edə bilərik. Bu, daha tələbkar istifadəçilər üçün yaradılmış elə həmin uCoz-dur.

№2. Wix sayt konstruktoru

http://ru.wix.com/

Dünyada ən populyar konstruktorlardan biri sayılan Wix yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. Bu konstruktor özünü ən çox vizit kart tipli saytların tərtib edilməsində yaxşı tərəfdən göstərib. Wix vizual redaktor olduğu üçün əksər əməliyyatlar mausla edilə bilər. Qiymətlər orta səviyyədədir. Konstruktorun əsas üstünlüyünün isə burada təqdim olunmuş şablon çeşidinin olduğunu demək olar. Bu şablonlar həqiqətən gözəl, keyfiyyətli və geniş çeşidlidir. Yeganə mənfi cəhət ondan ibarətdir ki, seçiminizi etdikdən sonra dizaynı tərtib edərkən artıq şablonu dəyişmək mümkün olmur.

wix

Konstruktorun admin paneli olduqca rəngarəng və funksionaldır. Ondan istifadə etmək zövq verir. Burada bir sıra maraqlı funksiyalar var, o cümlədən, arxa planda videonun göstərilməsi, blokları bir-birindən ayırmaq üçün genişformatlı zolaqların, müxtəlif həndəsi formaların yerləşdirilməsi, şəkillərin Photoshop üslubunda redaktə edilməsi və s. Wix-dən istifadə edərək əla vizit kart tipli saytları, gözəl bloq və İnternet dükanları yaratmaq olar. Kodun dəyişdirilməsinin mümkün olmadığına görə təcrübəli istifadəçilər burada istədiklərini tam əldə edə bilməyəcəklər, qaldı ki, yeni başlayanlara, onlar əksinə, heç bir problemlə üzləşməyəcəklər.

Konstruktorun imkanlarını xeyli genişləndirməyə yol açan vidjetlərin qoşula bilmə imkanı da olduqca faydalı üstünlüklərdəndir. Misal üçün, vidjetlərdən istifadə edərək babat forum yaratmaq, onlayn ödəniş sistemi, ya da məsləhətçi qoşmaq olar. Vidjetlərin çeşidi dayanmadan genişləndirilir. Demək olar ki, hər ay konstruktora müəyyən faydalı yeniliklər əlavə olunur. Yaxşı sürət qazanmış və inkişaf etməyə davam edən bu konstruktor olduqca perspektivlidir.

Wix bir çox spesifik funksionala malikdir. Həmin funksionallardan istifadə edərək müxtəlif biznes sahələrində, o cümlədən, otel, ərzaq, mebel və başqa bizneslərdə satışları optimallaşdırmaq imkanı mövcuddur. Bununla yanaşı, ayrıca alt domendə albomlar yerləşdirmək olar. Üstəlik, burada kompüterdən uzaqda olarkən saytı rahat idarə etmək imkanı yaradan firma tətbiqi var. Wix üzərində kiçik sayda eksklüziv məhsulların təqdim olunması, habelə fotoqrafların və rəssamların portfolioları kimi yaradıcılıq yönümlü saytlar xüsusilə yaxşı alınır.

№3. uKit sayt konstruktoru

https://ukit.com/ru

Bu platforma vizit kart tipli saytların, habelə ləndinq və kiçik mağazalar kimi orta və kiçik biznes saytlarının yaradılması üçün WYSIWYG həlli kimi çıxış edir. Əslində uKit konstruktorunda təkçə mausdan istifadə edərək saytın 80%-ni hazırlamaq olar. İdarəetmə paneli çox gözəgörümlü, sadə və rahatdır, bununla da hədəf auditoruyanın tələblərinə uyğun gəlir. Cəmi yarım saat ərzində gözlərinizin önündə artıq konkret bir nəticə canlanmağa başlayacaq, gözəl, eyni zamanda adaptiv şablonlar və sadə kökləmə üslubu təcrübəsi olmayan yeni istifadəçiyə belə sayt yaratmaqda kömək edəcək.

İllik 48 dollar ödəyərək «Premium» paketi əldə etmək olar. 144 dollarlıq «Pro» paketi isə HTML kodunun daxil edilməsini, habelə dizaynı kastomizasiya etmək üçün daha çox alət təqdim edir. İstədikdə tərtibatçıya 50 dollar ödəyib saytın yaradılmasını ona tapşırmaq olar. Yoxlama müddəti tamamlandıqdan sonra saytınıza sistemin reklamı əlavə olunacaq.

ukit

Yuxarıda qeyd olunduğu kimi, uKit kiçik və simpatik mağazaların yaradılması üçün çox uyğun konstruktordur. Bu funksionalda ticarət meydançalarının tərtib olunması seqmentində ən yaxşı alətlər paketlərindən biri sayılan Ecwid quraşdırılıb. Düzdür, bu, o qədər də ucuz başa gəlmir: pulsuz opsiya cəmi on məhsul üçün nəzərdə tutulub, bundan sonra isə qiymətlər ayda 9 dollardan başlayır. Amma nəticə həqiqətən məmnunedici alınır. uKit ilə bloq da yaratmaq olar. Funksional «Xəbərverən» vidjeti ilə həyata keçirilir. Bu vidjeti ya əsas, ya da əlavə menyuya yerləşdirərək burada «Xəbərlər» bölməsindən bütün yenilikləri əks etdirmək olar.

uKit ümumi keyfiyyət səviyyəsi ilə rəğbət qazanır. Bu, rahatlıqla anlaşılan, xoş, sürətli və funksionalllığı ilə seçilən, hər şeyi vicdanla hazırlanmış konstruktordur.

№4. Webasyst sayt konstruktoru

https://www.webasyst.ru/

Demək olar ki, bu, böyük mağaza saytlarını yaratmaq üçün mükəmməl alətdir. Onun funksionallığı ən mürəkkəb layihənin öhdəsindən gələcək. Əlavə olaraq burada vizit kart tipli sayt və bloq da yaratmaq olar, lakin, əlbəttə ki, bu, ikinci dərəcəli bir xüsusiyyətdir. Tariflər elə tərtib olunub ki, artıq ikinci maddədən başlayaraq bir qiymətə 5 sayt yaratmaq olar. Maya dəyərini hesablayanda layihənin qiyməti olduqca əlverişli alınır. Bu üstünlüyün əhəmiyyəti Webasyst-in təmin etdiyi perspektivlərlə daha da artır. Konstruktorun mənfi sayılacaq xüsusiyyəti odur ki, burada pulsuz şablonların sayı çox azdır — cəmi 9. Keyfiyyət yaxşıdır, lakin ən maraqlı nümumələr ödənişlidir. Dizaynın kastomizasiyası üzrə standart imkanlar da məhduddur. Burada yalnız şriftləri və rəng sxemalarını dəyişmək olar. Lakin, eyni zamanda burada kod redaktoru mövcuddur. Dizaynı öz zövqünüzə uyğun redaktə edərək onu kompüterinizdə saxlaya, ya da sayta yükləyə bilərsiniz.

webasyst

İdarəetmə paneli məntiqli şəkildə qurulmuş olsa da, çoxsaylı kökləmələrə görə heç də sadə deyil. Burada hər şey tətbiq, əlavə vidjet və plaginlərin istifadə olunması üzərində qurulub. Hər tətbiq funksionalın müəyyən istiqaməti üçün nəzərdə tutulub: mağaza, bloq, sayt, qeydlər, dəstək və s. 400-dən artıq plaginlərin arasında bir çox faydalı, həm də pulsuz olanları var. Parlaq nümunələrdən biri mağazanı uçot proqramı ilə sinxronlaşdıran «1С: ticarətin idarəolunması» plaginidir. Siz eləcə də satışlar haqqında SMS-məlumatlandırma, müştərilərə elektron ismarıcların göndərilməsi sistemlərini, habelə xüsusi CRM sisteminizi quraraq bura bir çox nizamlama və imkanları, onlayn məsləhətçisini, geriyə zəng funksiyasını, əlavə edə, anbar, çatdırılma, ödəniş, ya da səbət parametrlərini nizamlaya, malları CSV/YML-dən idxal, yada ixrac, habelə bir çox başqa əməliyyatları edə bilərsiniz. Demək olar ki, başqa heç bir konstruktor bu qədər əla mağaza alətləri çeşidinə sahib ola bilməz. Bir sözlə, burada hər şey var.

Webasyst statistikanın toplanmasına xüsusi diqqət yetirir. Bura müxtəlif analitika sistemini qoşmaq, test keçirmək, ROI müəyyən etmək, mal satışları üzrə müxtəlif təhlillər keçirmək olar. Sizin hər şeydən xəbəriniz olacaq: müştəri haradan daxil oldu, mal seçmək üçün nə qədər vaxt sərf etdi, nəyi seçib aldı, başqa hansı mallarla maraqlandı və s. Hədəf auditoriyanın portreti tam olacaq, bu isə sizə mağazanın səmərəliliyini artırmaqda çox kömək edəcək.

Sistemin bir qədər mürəkkəbliyi dəstək bölməsinin olduqca informativ olması ilə həll olunur. Texniki dəstək sutkaboyu işləyir və olduqca gülərüzdür. Yeni başlayanlar çətinlik çəkə bilərlər, lakin istəsələr, işi uğurla başa vura bilərlər. Qeydiyyatdan keçəndən sonra tam funksionallı 30 günlük pulsuz sınaq müddəti başlayır.

№5. Diafan.Cloud sayt konstruktoru

http://cloud.diafan.ru/

Bu güclü və yaxşı tərazlaşdırılmış konstruktorla hər növ sayt qurmaq mümkündür. Diafan.Cloud hostinqə avtomatik olaraq yüklənə bilən CMS-dir. Burada istifadəçiyə admin hüquqları və FTP verilənləri təqdim olunur. Üstünlüklər bütün CSM-lərə xas olan üstünlüklərdən fərqli deyil: burada birbaşa kodla işləmək, istənilən modullar və çevik nizamlama imkanı var. Yeri gəlmişkən, texniki dəstək bu sadə işləri sizin yerinizə pulsuz edə bilər. Sistem mürəkkəb olmasa da, diqqət tələb edir. Diafan.Cloud-un ən bariz üstünlükləri mağaza tərtib edərkən ortaya çıxır. Güclü marketinq və SEO alətləri konstruktorun yüksək iş sürətilə yanaşı istənilən həcmdə effektiv mağazalar qurmağa imkan yaradır. Hostinq də etibarlıdır və saytın işləmə sürətinə təsir etdirmədən çoxsaylı müştəri axınını qarşılaya bilir. Burada «1С: Mühasibat» ilə də inteqrasiya mövcuddur.

diafan

Bu konstruktorda vizit kart tipli saytlar, bloqlar və forumlar da heç bir çətinlik olmadan yaradıla bilər. Lakin belə halda funksionalın böyük hissəsi işsiz qalacaq. İdarəetmə paneli müxtəlif modulları əlavə edərək və ya çıxarılaraq zövqə uyğun qurulur. Belə ki, vizit kart tipli sayt qurarkən panelin asan olması üçün funksionalın yarısını silmək olar.

Diafan.Cloud ətrafında böyük istifadəçi və tərtibatçı cəmiyyəti yaranıb. Əgər hansısa unikal modul yazmaq tələb olunarsa, bunu etməyi bacaran birini asanlıqla tapmaq olar. Texniki dəstək də öz növbəsində qayğıkeş və peşəkardır. Yeganə nöqsan odur ki, yeni başlayan istifadəçilər bu konstruktordan istifadə etməkdə çətinlik çəkəcəklər.

№6. Weebly sayt konstruktoru

https://www.weebly.com/

Sayt qurmaq üçün hər cəhətdən keyfiyyətli sayıla biləcək servisdir: gözəl, güclü və müasirdir. Yeganə nöqsanı qiymətlərindədir. Əgər ağlınızda bu konstruktorun əsasında yaxşı mağaza qurmaq fikrini tutmusunuzsa, bunun üçün ildə 300 dollar ödəməli olacaqsınız. Onu da deyək ki, bunun üçün daha uyğun platformalar mövcuddur. Vizit kart tipli sayt yaratmaq belə bir səviyyəli servis üçün baha sayılmayacaq qədər ucuz başa gələcək: ildə cəmi 49 dollar. Weebly həm də bloq yaratmaq üçün olduqca uyğun konstruktordur. Burada bloq yaratmaq həm asan, həm də rahatdır.

weebly

Şablonların sayı haradasa Wix-dəki qədər çoxdur, lakin kastomizasiya imkanları daha genişdir. Bu funksional uCoz qədər yaxşıdır, amma çeviklik baxımından bir qədər zəifdir. Burada səhifənin gövdəsinə HTML kodunu əlavə etmək və öz şablonunu yükləmək imkanı, habelə tətbiqlər mağazası var. İdarəetmə paneli yeni başlayanlar üçün o qədər rahatdır ki, onunla işləmək əsl zövq verir.

№7. Jimdo sayt konstruktoru

http://ru.jimdo.com/

Daha bir vizual redaktorlu funksionaldır. Sadə, göz oxşayan interfeys istifadəçiyə rahatlıq hissi bəxş edir. Burada müxtəlif növ saytlar da yaratmaq olar, amma sözün düzü, Jimdo yalnız mağaza qurmaq üçün sərfəli sayıla bilər. Əsas üstünlüklərə gəlincə, bunlar dost interfeys və geniş imkanlar dəstidir.

jimdo

Şablonlar da gözəldir, amma bunlardan çoxunu yalnız pul müqabilində əldə etmək mümkündür. Burada səhifələrin strukturasını və dizaynını müfəssəl şəkildə qura bilərsiniz. Ümumiyyətlə, bu funksional müsbət təəssürat yaratsa da, onun ödənişsiz qismində bir çox imkanlar bağlıdır. Beləliklə, bu konstruktor yalnız kommersiya yönümlü saytlar üçün uyğundur.

№8. Nethouse sayt konstruktoru

http://nethouse.ru/

Nethouse mağaza yaratmaq üçün olduqca uyğun konstruktordur. Burada vizit kart saytları və ləndinqlər də yaratmaq olar, amma şablonların məzmun cəhətdən bir qədər zəif olması insanı belə bir fikirdən döndərir. 40 dollarlıq tarif ödəməklə bütün məhdudiyyətlər aradan qalxır, üstəlik bir domen hədiyyə edilir. Yox, əgər pulsuz versiya ilə kifayətlənəcəksinizsə, onda saytın alt qismində bir reklam banneri yerləşdiriləcək, habelə yüklənən məhsul və fotoşəkil sayına da məhdudiyyət gətiriləcək.

nethouse

Şablonlar sadədən cəmi bir pillə yüksək səviyyədədir, lakin bu, sadəcə vizit kart saytları üçün nöqsan sayıla bilər. O ki qaldı mağazaya, burada vitrinanın keyfiyyəti və rahat tərtibatı daha möyük önəm daşıyır. Bu baxımdan Nethouse özünü üstün hiss edir. Burada sizə inteqrasiya olunmuş anbaq tətbiqləri, olduqca yaxşı SEO, habelə statistika aparmaq üçün nizamlama imkanları, sosial şəbəkələrdən inteqrasiya və retargetinq və s. Funksional xüsusilə böyük mağazalar yaratmaq üçün əlverişli imkanlara malikdir.

№9. LPGenerator ləndinq konstruktoru

http://lpgenerator.ru/

LPGenerator ən yaxşı ləndinq konstruktoru olaraq özündə tək səhifəlik saytlar meydana gələndən bəri bu sahədə əldə olunmuş təcrübələrin ən effektiv üstünlüklərini cəmləşdirib. Burada hətta satış səhifələrini düzgün qurmağı, konstruktorun istifadə olunmasının incəliklərini öyrədən «lidogenerasiya universiteti» mövcuddur. Bütün bunları 7 günlük test müddəti ərzində sınaqdan çıxarmaq olar.

lpgenerator

Bu platforma həm təcrübəli istifadəçilər üçün, həm də güclü təkməhsulluq səhifə üzərindən pul qazanmağı öyrənən yeni başlayanlar üçün nəzərdə tutulub. Nüans isə odur ki, minimal tarif belə 5 ləndinq qurmağa imkan verir. Bu, həm müsbət, həm də mənfi hal kimi dəyərləndirilə bilər. Bir tərəfdən, birdən birə 5 ləndinq bir çoxlarına lazım olmur. Digər tərəfdən isə, tarifi ödəyən istifadəçi pulunu çıxartmaq üçün işə davam edəcək və mütləq uğur qazanacaq. Konstruktorun funksionalı həqiqətən mükəmməldir. Burada çox sayda əla şablon, güzlü vizual redaktor, rahat şəkildə quraşdırılmış admin paneli, habelə külli miqdarda faydalı alətlər, o cümlədən, CRM, ROI, split-test, trafik mənbəinə görə konversiyanın izlənilməsi, hətta xüsusi telefoniya mövcuddur.

№10. Setup konstruktor saytı

http://www.setup.ru/

Vizit kart saytları və mağaza qurmaq üçün nəzərdə tutulan bu konstruktor bir qədər qeyri-adiliyi ilə seçilir. Bu funksionalı orta səviyyəli, SEO nizamlamalı və mağaza menecmentinə tərəf istiqamətləndirilmiş konstruktor kimi qiymətləndirmək olar. Burada mövcud olan bir çox şablonların hamısı orta keyfiyyətdədir. Amma bunların arasında bəyəndiyiniz biri tapılmasa, öz tələblərinizə uyğun xüsusi sifariş verə bilərsiniz. Admin paneli rahatdır. Saytın 5 səhifəsini doldurduqdan sonra pulsuz domenin əldə olunma fürsəti də sevindirici hallardandır.

setup

Ödənişli tariflərin qiymətləri orta səviyyədədir. Məhsulları yaradılan sayta birbaşa Excel cədvəlindən yüklənə bilməsi də müsbət cəhətlər arasında qeyd olunmalıdır. Ümumiyyətlə, bu servis bütün göstəricilərinə görə orta səviyyəlidir və yeni başlayanlar onu asanlıqla istifadə edə bilərlər.

Hansı daha məsləhətlidir: sayt yaratma proqramı, yoxsa onlayn servis?

Artıq görməyə adət etdiyimiz SaaS platformalarla yanaşı konstruktorların daha bir sinfi mövcuddur. Söhbət lokal kompüterdə işləyən proqramlardan gedir. Bulud servislərdən fərqli olaraq bu konstruktorların vasitəsilə yaradılan saytı şəbəkəyə yerləşdirə bilmək üçün hostinq alıb nizamlama prosesini yerinə yetirmək tələb olunur. Bu baxımdan onlar CMS-ə daha yaxındır. Bununla yanaşı, saytı yetinələ xüsusiyyətlərini də qeyd etmək yerinə düşər. Onlayn idarəetmə paneli belə sistemlərdə yoxdur, yeniləmə isə müvafiq faylların serverə yüklənməsi ilə həyata keçirilir. Başqa sözlə, saytı redaktə etmə prosesi kompüterinizdə müvafiq proqram təminatının, sərt disk və ya bulud saxlancında layihə fayllarının, eləcə də hostinq hesab ilə sinxronlaşmanın mövcud olmasını tələb edir. Bir sözlə, saytın qurulma və yeniləmə prosesi burada bütün proseslərin avtomatlaşdırılmış olduğu SaaS platformalarına nisbətən daha qəlizdir.

Ümumiyyətlə, yeni başlayan tərtibatçılara bulud servislərindən istifadə etmək məsləhət görülür. Eyni zamanda, həmin sistemlər mərkəzləşdirilmiş qaydada yenilənir, serverin optimal nizamlamasını təmin edir və s. Bəhs etdiyimiz servislər həm də rutin işin böyük hissəsini öz üzərinə götürür. Bunları nəzərə alsaq deyə bilərik ki, bulud servisləri ilə müqayisədə ən sadə, ən rahat proqram təminatından da istifadə etmək daha çətin olacaq. Gələcək daha çevik olan SaaS platformalarındır.

Pulsuz sayt konstruktoru: xəyal, yoxsa gerçək?

Bəhs etdiyimiz platformalar arasında yalnız biri — uCoz həqiqətən pulsuz sayıla bilər. Burada siz hostinq və demək olar ki, tam imkanlı (genişləndirilmiş, habelə mağaza SEO modulundan və PHP skript dəstəyindən başqa) funksional əldə edə bilərsiniz. Ən önəmlisi isə odur ki, öz domeninizi qoşa bilərsiniz. Başqa sözlə, mağazadan başqa hər hansı bir şey yaratmaq istəyirsinizsə, uCoz-da açdığınız pulsuz hesab buna tam imkan verəcək. Pulsuz hesab çərçivəsində yaradılan saytın bu konstruktorda tam həcmdə indekslənəcək və axtarış sistemlərində görünəcək. Yeganə gözə çarpan məhdudiyyət reklam banneridir. Amma saytınız kommersiya yönümlü deyilsə, onu da ləğv edəcəklər. Başqa heç bir platforma belə güzəştə getmir. Digər 9 konstruktor pulsuz hesab açmaq imkanı təqdim etsə də bu, daha çox formal xarakter daşıyır.

Sayt konstruktorlarından hansı seçilməli?

Sayt tərtib etmə platformalarının çeşidi genişdir. Amma bunlardan hər birinin kiçik olsa belə, nöqsanı var. Konstruktor seçməyin ən doğru yolu bunlardan bir neçəsini şəxsən sınaqdan keçirməkdir. Onları müqayisə etdikdən sonra sizə uyğun olanını seçmək çətin olmayacaq. Reytinqdəki yerlər mənfi-müsbət cəhətlərin qarşılaşdırılması, onların xüsusi çəkisi və rəqiblərlə müqayisə əsasında müəyyənləşdirilib. Reytinqin əsas məqsədi sayt qurma servislərini təhlil edərək onların arasında ən güclü, çevik və sərfəlisini müəyyən etməkdən ibarətdir. Bu meyarlara ən yaxşı cavab verən konstruktor uCoz-dur. Bu, tamamilə universal, məqbul qiymətli servisdir.

Nəhayət, yaradılan saytların növünə görə müxtəlif platformaların reytinqini təqdim edək:

  • Vizit kart tipli sayt — uCoz, uKit, Wix, Diafan, Weebly, Jimdo, Nethouse, Setup;
  • Mağaza saytı — uCoz, Webasyst, Diafan, Nethouse, uKit, Wix, Setup, Weebly;
  • Bloq — uCoz, Diafan, Wix, Weebly, uKit, Jimdo, Webasyst;
  • Ləndinq — uCoz, LPGenerator, uKit, Wix, Diafan, Nethouse.
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -