Samsung şirkəti dünən Galaxy Note 7 smartfonlarının yenidən satışa çıxarılması haqqında press-reliz təqdim edib.
1 oktyabr tarixində Koreya mağazalarında Galaxy Note 7 cihazlarının yeni partiyası satışa çıxarılıb. Qeyd olunur ki, batareyaları yoxlanmış smartfonlar dünyanın digər ölkələrində də tezliklə satışa çıxarılacaq.
Şirkətin mətbuat xidməti bildirir ki, Galaxy Note 7 modellərində yeni yaşıl rəngdə batareya işarəsi də mövcud olacaq.