Gartner analitik şirkətinin məlumatlarına əsasən, cari ilin üçüncü rübündə dünya üzrə kompüter satışları 5.7% azalaraq 68.9 milyon cihaz təşkil edib.
Satışların artıq ikinci il azalması kompüterlərə olan marağın itməsi ilə əlaqələndirilir. Belə ki, istifadəçilər daha çox smartfon və ya planşetlər ilə maraqlanır, onları hər il yeniləyirlər.
Acer, Apple, Lenovo kimi böyük şirkətlərdə kompüter satışlarında kəskin azalma müşahidə olunub. Ümumulikdə isə mütəxəssislərin sözlərinə görə kompüter erasının sonu çox da uzaq deyil, çünki yeni innovativ cihazlara günümüzdə daha çox üstünlük verilir.