Apple şirkəti müvafiq texnologiya üçün patent müraciəti edib.
İstifadəçilər Apple məhsullarını bilək hissəsinə bərkidilmiş müxtəlif cihazlar vasitəsilə idarə edə biləcəklər. Bu cihazlar saat və brasletlərə quraşdırılacaq. Texnologiya brasletə edilən təzyiq gücü ilə çalışacaq. Müxtəlif bilək hərəkətləri ilə zənglərə cavab vermək, tətbiqləri açmaq, səs səviyyəsini artırmaq / azaltmaq, musiqilərdə keçid etmək və digər bu kimi əməliyyatları yerinə yetirmək mümkün olacaq.
Yeni texnologiyanın Apple Watch-lara quraşdırılması haqqında məlumat yoxdur.