spot_img
19 апреля, 2024
ДомойSoftwareИгрыF1 2016: Baku City Circuit əlavə edildi!

F1 2016: Baku City Circuit əlavə edildi!

Formula 1 dünyada ən sevilən sürət yarışlarından biridir. Bəziləri elə düşünürlər ki, avtomobil idmanının azarkeşliyini çəkənlər azdır. Amma sürət dünyasına yarından baxan kimi istər-istəməz başa düşürsən ki, bu fikir səhv imiş. Kimi yarış həyəcanını televizorun önündə yaşayır, kimi yarışçıları izləyərək dünyanı dolaşır. Kimi bu barədə yazır və fikirlərini paylaşır, kimi komandaya, hətta bir neçəsinə başçılıq edir. Kimi isə insan imkanlarının sərhədlərini, canlı həyatın və şüurun çərçivəsini aşaraq yarışır. Formula 1 həmişə bir çoxları üçün sürət dünyasına açılan bir qapı olub və elə də qalır. Formula 1 bir neçə üstünlüyə sahibdir. Əvvəla, bu yarışın zəngin tarixçəsi var. Üstəlik, o, xüsusi yarış siyasətinə və əlbəttə ki, böyük populyarlığa sahibdir. Formula 1 yarışlarının o qədər böyük oyun kolleksiyası var ki, hansısa başqa bir yarışın ona bu baxımdan rəqib çıxa bilməsi mümkün deyil.

F1 2016F1 2016

2009-cu ildə Codemasters və Sumo Digital şirkətləri разработали свою первую официальную игру чемпионата 2009 года Formula 1 üçün Wii, PSP və iOS platformaları dəstəkləyən ilk rəsmi oyun tərtib etdilər. Codemasters üçün bu, Formula 1-ə həsr olunmuş ilk özünə məxsus olan Ego Engine mühərrikli oyun idi. Elə o vaxt bu yarışa həsr olunmuş oyun seriyasının bünövrəsi quruldu. 2009-cu ildə başlayaraq şirkət hər il yarışda faktiki olaraq iştirak edən bolidləri əlavə edərək oyunun yeni seriyasını buraxır. Hər yeni seriyada tərtibatçılar geympleyi təkmilləşdirir, qrafikanı daha üstün səviyyədə hazırlayır, oyunu daha bir çox cəhətdən inkişaf etdirir. Bu dəfə də yenilənmiş F1 2016 seriyasdı tərtib olundu. F1 2016 bir çox cəhətdən öz sələflərinə bənzəsə də (bu, təbiidir!), yeni seriyada, şübhəsiz, bir sıra yeniliklər nəzəri cəlb edir. Hər şeydən əvvəl hiss olunur ki, tərtibatçılar bu dəfə də qrafika üzərində ciddi təkmilləşdirmə işi aparıblar. Tamaşaçılarla dolu tribunaların önündən, tarixi binaların, otellərin, göydələnlərin önündən şimşək sürətilə keçərək əsl zövq alacaq, oyundan saatlarla qopa bilməyəcəksiniz.

F1 2016F1 201611

Tərtibatçılar F1 2016 seriyasında bir sıra ciddi dəyişiklik etdikləri karyera rejimini xüsusilə qeyd edirlər. Əvvəlcə siz öz yarışçınızın adını-soyadını, milliyətini daxil edərək, avatar və dəbilqə seçərək, onun profilini yaratmalısınız. Bundan sonra yarışın liderləri MERCEDES AMG PETRONAS FORMULA ONE TEAM, SCUDERIA FERRARI, RED BULL RACING-dən başlayaraq HAAS F1 TEAM kimi yeni komandayadək 11 komanda içindən birini seçməlisiniz. Komandalar 3 qrupa bölünüb. Hər qrupda pilotlara fərqli tapşırıqlar verilir. Komanda seçdikdən sonra paddokda öz menecerinizlə tanış olursunuz. O, sizə Formula 1 dünyasının özəlliklərindən bəhs edəcək. Bundan sonra qarşınızda bir noutbuk qörəcəksiniz. Onun vasitəsilə siz müqavilələrinizi idarə edəcək, tədqiqatlarınızı və çempionatın statistikasını izləyəcəksiniz. Karyera rejiminin əsas xüsusiyyətlərindən biri irəliləmənin və tədqiqatların yeni sistemidir. Buradan siz sezon boyunca öz bolidinizin tərkib hissələrini təkmilləşdirə bilərsiniz. Bunun üçün resurs xallarına ehtiyacınız olacaq. Həmin xalları komandanın qarşısına hazırlıq və əsas yarış mərhələlərində qoyulan vəzifələri yerinə yetirərək qazanacaqsınız. Məşq mərhələlərinə trassa ilə tanış olub ona alışmaq, təkərləri sınamaq, təsnifat turları və komandanın məqsədləri daxildir. Bunları nə qədər yaxşı keçsəniz, bir o qədər çox xal qazanacaqsınız.

F1 2016

Hər yaxşılaşdırmaya görə müəyyən qədər xal ödəmək, üstəlik, mühəndislərin onu öyrənib bolidinizdə tətbiq edə bilmələri üçün müəyyən qədər vaxt tələb olunur. Yaxşılaşdırma nə qədər üstün olsa, təbii ki, bir o qədər də bahalı olacaq. Siz mühərrikin gücünü artıra, yanacaq sərfiyyatını, şassi ağırlığını azalda, trassaya yapışma gücünü, cəbhə müqavimətini təkmilləşdirə bilərsiniz. Yaxşılaşdırma bloku ilə yanaşı sizin əlinizdə daha bir mühüm silah olacaq: bütün komandalara aid bolidlərin müqayisəli cədvəli. Həmin cədvəl əsasında bolidinizi yarışda yüksək yerləri tuta bilmək üçün əlinizdəki resursları ölçüb-biçərək sezon boyu yaxşılaşdırmalısınız.

F1 2016

F1 2016-nın daha bir xüsusiyyəti yarış əsnasında virtual və adi təhlükəsizlik maşınlarının ortaya çıxmasıdır. Belə hallarda yarışçılar sürəti azaltmalıdır, çünki müdiriyyət ötmək manevrini qadağan edir. Əvvəlcə sizə isinmə dövrəsini keçmək təklif olunur. Bu dövrə təkərləri qızdırmaq, bolidi əsas startdan əvvəl yoxlamaq üçün lazımdır. Yeni əl startı opsiyası avtomobili start vaxtı istədiyiniz qədər dəqiq idarə etmək üçün yaradılıb. Amma unutmayın ki, bircə kiçik səhv sizi yarış sıralamasında geriyə ata, ya da falşstarta səbəb ola bilər. Codemasters bolidin trassadakı fiziki hərəkən modelini dəyişib, oyun interfeysini tamamilə yenidən qurub. Təkərlərin vəziyyətinə ciddi nəzarət etməlisiniz. Divara kiçik çırpılma antiqanadın lələklərini sıradan çıxarta bilər, bu isə öz növbəsində sürətin aşağı düşməsinə və təkərlərin sürətlə yeyilməsinə səbəb ola bilər.

F1 2016F1 2016

İnterfeysə gəlincə, F1 2015-dan sonra ona alışmaq lazım gələcək. İnterfeysin əksər yaxşılaşdırmaları onun istifadəsinin rahatlığını artırıb. Bokslarla səsli rabitə daha geniş imkanlar verir və buna görə də daha rahatdır. Yarışdakı vəziyyət haqqında tam məlumat əldə edə, yarış boyu pit-stopların strategiyasını dəyişə, avtomobil üzərində kiçik həzmli sazlama işi apara bilərsiniz. Yeri gəlmişkən, trassaya təhlükəsizlik maşını girəndə mühəndisiniz sizə strategiyanızı dəyişmək barədə məsləhətlər verə bilər. Yeni seriyada sizə bolidin əsas xüsusiyyətlərini əks etdirən rəqəmlər, o cümlədən, təkərlərin, əyləc sisteminin və mühərrikin istilik temperaturu, təkərlərin yeyilmə səviyyəsi, habelə alınan zədələr təqdim olunacaq. Hər sessiyada trassadan canlı yayım təqdim edən kamera da əlavə olunub. Hər yarış öncəsi ekrana trassanın mükəmməl infoqrafikası çıxacaq, döngələr bir-bir nümayiş etdiriləcək. Və daha bir gözər yenilik! İdarəetmə lövhəsinə pedala və ya idarəetmə düyməsinə basma gücünü göstərən qaz və əyləc göstəriciləri yerləşdirilib.

2016 sezonunda Formula 1 yarışında Baku City Circuit trassasının debütü baş tutdu. Azərbaycanın paytaxtındakı trassa olduqca sürətli şəhəriçi trassadır. Burada bir neçə çətin döngə və sürəti saatda 350 kilometrədək yüksəltməyə imkan verən düz xətt mövcuddur. Trassanın keçdiyi küçələrdə yerləşən tarixi binalar bu idman bayramına xüsusi rəng qatır. Bu binaların yanından böyük sürətlə keçmək ayrı bir zövq yaşadır. Yeni trassanı əlavə etməklə yanaşı tərtibatçılar həm də oyundakı başqa avtodromlara da bir sıra dəyişiklik edərək onları daha da real trassalara yaxınlaşdırıblar.

F1 2016

Codemasters oyunları öz qeyri-adi zədələnmə sistemilə məşhurdur. F1 2016 bu baxımdan istisna olmadı. Realistik zədələnmə rejimində baryerə yüngül çırpılma və ya başqa bolidlə kiçik toqquşma baş verdikdə qabaq antiqanadın lələkləri açılacaq ki, bu da maşının idarəolunmasına və təkərlərin yeyilməsinə təsir göstərəcək. Belə halda avtomobili birbaşa təhlükəsizlik relsinə aparsanız o, vizual olaraq salamat qalacaq, lakin siz yarışı yarıda kəsməli olacaqsınız. Əlavələr arasında təhlükəsizlik troslu zədələnmə sistemi də var. Bu sistem qopan təkərin tribunaya tərəf uçmasının qabağını alır. Odur ki, birdən təkərinizi yan tərəfdə, boliddən bir qədər uzaqda yuvarlanaraq gedən görsəniz, təəccüblənməyin.

F1 2016

Rəqiblərin süni intellektində elə də bir ciddi dəyişiklik baş verməyib. Bundan sonra hazır olun: siz trassada üstünüzə yönəldilmiş aqressiyaya məruz qala bilərsiniz: sizi trassadan sıxıb kənarlaşdırmağa, ya da ki, birbaşa taran etməyə cəhd edə bilərlər. Siz özünüz də trassadan keçərkən cərimə xalları ala bilərsiniz, xüsusilə kor zonada olan rəqibinizi görməyə imkan olmayan anlarda. Multiistifadəçi rejimində də dəyişikliklər var. Artıq bir serverdə 22-dək oyunçu yarışa bilər. Müxtəlif opsiyaları, o cümlədən, toqquşma və zədələnmə, təhlükəsizlik avtomobilinin trassaya çıxmasını yandırıb-söndürə, kompüter pilotlarının səviyyəsini, sərbəst vətəsnifat dövrə rejimini, trassanın uzunluğunu, nəhayət, bolidlərin texniki xüsusiyyətlərini dəyişə bilərsiniz. Qeyd etdiyimiz son opsiya bərabər şərtlər yaratmağa imkan verir, odur ki, onu deaktiv edərək dostlarınızla bərabər şərtlər altında yarışa bilərsiniz. Hava durumunu da dəqiq şəkildə nizamlamaq mümkün olub. Məsafədən asılı olaraq siz havanı seçdiyiniz parametrlərə görə dəyişə bilərsiniz. Burada dəyişkən, açıq, açılıb-tutulan, buludlu, arabir yağış, güclü yağış opsiyaları, eləcə də yarışın başlama vaxtına və müddətinə görə günəşin mövqeini hesablamağa imkan verən yarışa başlama vaxtı opsiyaları var.

Avtomobil yarışları fanatları, xüsusilə Formula 1 azarkeşləri bu oyunu mütləq alsınlar. Bu oyun 29,99 dollarlıq qiymətə dəyər. Amma qarşınıza ciddi simulyatorun çıxacağını gözləməyin. F1 2016 hər şeydən əvvəl fanatlar və dostlarla «Qran Pri» trassalarında əyləncəli vaxt keçirmək üçün nəzərdə tutulub.

РС üçün tövsiyə olunan tələblər:

  • Əməliyyat sistemi: Windows 7 / 8 / 10 (64 bit);
  • Prosessor: Intel Core i5 4690 / AMD FX 8320;
  • Əməliyyat yaddaşı: 8 Gb;
  • Videokart: Nvidia GTX 980 / AMD R9 Fury;
  • DirectX 11;
  • 30 Gb boş yer.

F1 2016

  • Platforma: PC, PlayStation 4, Xbox One
  • Janr: Avtomobil simulyatoru
  • Tərtibatçı: Codemasters
  • Nəşriyyatçı: Codemasters
  • Buraxılış tarixi: 19 avqust 2016
  • Multipleyer: Var
  • Yaş həddi: 3+
  • Rəsmi sayt: www.formula1-game.com/uk/home
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -