Google şirkəti axtarış sistemində dəyişiklik edib. Belə ki, məlumatlar artıq cihaza quraşdırılmış mobil proqramlarda da axtarılacaq. Digər sözlə ifadə etsək, siz məlumatları proqramları açmadan belə axtara biləcəksiz.
Məsələn, daha öncə siz hər hansısa bir şəxsin adını axtarış sisteminə daxil etdikdə nəticədə həmin şəxsin analoji hesabları tapılırdı. Lakin, indi axtarış sistemi bütün mobil proqramlara daxil olacaq və həmin şəxslə əlaqəli olan bütün yazışmalar, sənədlər, elektron məktublar və s. təqdim olunacaq. Hələlik bu funksiyanı Gmail, Spotify, YouTube və Google Calendar kimi tətbiqlər dəstəkləsə də, tezliklə Facebook Messenger, LinkedIn, Google Keep və s. bu kimi tətbiqlərin bu siyahıya əlavə ediləcəyi gözlənilir.