spot_img
22 ноября, 2024
ДомойСайтыСоциальные сервисыFacebook istifadəçilərin aktivliyini şəbəkə xaricində olduqda belə izləyir

Facebook istifadəçilərin aktivliyini şəbəkə xaricində olduqda belə izləyir

Reklam elanlarını tənzimləmək üçün sosial şəbəkə istifadəçilərin aktivliyi haqqında məlumatları həm internetdə, həm də real həyatda toplayır.

Facebook şirkətinin reklamdan əldə etdiyi gəlirlər cari ilin yalnız ikinci rübündə 6.4 milyard dollar təşkil edib, hansı ki, ötən ilin analoji vaxtı ilə müqayisədə 63% daha yüksəkdir.

Facebook-un istifadəçilər haqqında bildiyi məlumatlar arasında yaş , təhsil səviyyəsi, etnik mənsubiyyət, gəlirlər və s. kimi məlumatlar vardır. İnternet xaricində istifadəçilərin aktivliyi haqqında məlumatları isə Facebook Experian, Acxiom və Epsilon kimi şirkətlərdən alır. Həmin şirkətlər KİV abunələri, sorğu nəticələri və s. bu kimi məlumatlara sahibdirlər.

Beləliklə, Facebook demək olar ki, istifadəçisinin bütün həyatını bilir: kimdir, harada işləyir, hansı restoranları bəyənir, hansı vəzifədə çalışır, hansı avtomobildən istifadə edir və s. Bütün bu məlumatlar reklam elanlarının istifadəçinin tərcihlərinə uyğun olaraq tənzimlənməsini təmin edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -