Mobil qurğularınızın IMEI kodlarının qeydiyyatı və itirilmiş telefonlarla bağlı yaranan bütün suallarınıza “157” çağrı mərkəzinə zəng etməklə cavab tapa bilərsiniz.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən “Mobil cihazların qeydiyyat sistemi” üzrə daxil olan zənglərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə daha əvvəl fəaliyyət göstərən “1677” nömrəli məlumat mərkəzi “157”çağrı mərkəzinə birləşdirilib.
Qeyd edək ki, bu nömrəyə zəng etməklə həftənin iş günləri saat 9:00-dan 18:00-a qədər məlumat almaq mümkündür.
Məlumat üçün bildirək ki, mobil cihazların IMEI kodları üzrə elektron qeydiyyat www.e-gov.az portalı, www.imei.az saytı üzərindən və ya poçt şöbələrində aparılır.