spot_img
29 марта, 2024
ДомойТехнологииHardwareMetal korpuslu Meizu M3E rəsmən təqdim olundu

Metal korpuslu Meizu M3E rəsmən təqdim olundu

Meizu şirkəti növbəti orta seqmentə aid smartfonunu təqdim edib — Meizu M3E. Cihaz metal korpusdan ibarətdir, barmaq izi skaneri və həcmli batareya ilə təchiz olunub. Smartfon 5 rəng çeşidində təqdim olunur: boz, qızılı, gümüşü, çəhrayı və göy metal.

5.5 düymlük Full HD displey, 13 meqapiksellik arxa və 5 meqapiksellik ön kameralar, 8 nüvəli MediaTek Helio P10 (1.8 Ghz) prosessoru, 3 GB əməliyyat və 32 GB daxili yaddaş, 128 GB-dək yaddaş kartını dəstəkləyən microSD yuva smartfonun ümumi göstəriciləridir.

Meizu M3E

 

Meizu M3E gold

3100 mAh batareya ilə təchiz olunmuş smarfon Android 6.0 Marshmallow əməliyyat sistemi ilə çalışır. Meizu M3E 153.6 x 75.8 x 7.9 mm ölçülərə və 172 qr çəkiyə malikdir.

14 Avqust satışa çıxarılacaq smartfonun təxmini qiyməti 195 dollar təşkil edəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -