İnternet dövründə 100% əminliklə demək olmaz ki, hansısa kənar şəxs haqqınızda müəyyən bir məlumatı öyrənə bilməz. Lakin, internetdən tamamilə yox olmaq şərti ilə bu mümkündür. Whoishostingthis resursu 2013-cü ildə bu probemi araşdırmağa qərar verdi və internetdən tamamilə yox olmaq üçün ətraflı təlimat ilə infoqrafika hazırladı. InfoCity həmin infoqrafikanı indiki zaman üçün təkmilləşdirərək azərbayncan dilinə tərcümə edib.