Uzun zamandır ki, şirkət Linux nüvəsindən istifadə edərək Android, Chrome OS kimi sistemləri tərtib etmişdi. İndi isə Google tam yeni və Linux-la heç bir əlaqəsi olmayan Fuchsia OS adlı əməliyyat sistemi üzərində işləyir.
Fuchsia-nın hibrid sistem olaraq iki nüvədən yalnız birini istifadə edəcəyi deyilir. Bu əməliyyat sistemi 32 və 64 bitlik ARM-prosessorları dəstəkləyəcək. Proqramlaşdırma dili Dart olacaq, Flutter dəstəyi isə interfeysdə Material Design-ın istifadə olunacağına bir işarədir.