spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныƏn çox satılan smartfonların siyahısında ilk 3 pillə Samsung-a məxsusdur

Ən çox satılan smartfonların siyahısında ilk 3 pillə Samsung-a məxsusdur

Strategy Analytics-in apardığı araşdırmalara əsasən, Samsung Galaxy S7 edge cari ilin ilk yarısında ən çox satılan smartfondur. Maraqlıdır ki, bu cihazın ən bahalı Android smartfonlardan biri olması onun satışlarına təsir etməyib.

3D displey kimi unikal texnologiyaların istifadəsi Samsung-a arzu olunan şöhrəti qazandırıb. 2016-cı ilin ilk yarısında 13.3 milyon Galaxay S7 edge modeli satılıb.

İkinci pillədə Samsung Galaxy J2 (2015) smartfonu qərarlaşıb. Bu cihaz çox da yüksək olmayan qiymətinə baxmayaraq, istifadəçilərə Super-AMOLED displey və kifayət qədər güclü göstəricilər təklif edir. Qeyd edək ki, bazara 13 milyon Galaxy J2 modeli çıxarılıb.

Üçüncü yerin sahibi isə 11.8 milyon ədədlə Samsung Galaxy S7 modelidir, hansı ki, istifadəçilər arasında populyarlığı ilə seçilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -