Yayılan məlumatlara əsasən, Nokia smartfon bazarına metal korpusa malik flaqmanlarla geri dönəcək. Cihazlar 5.2 və 5.5 düymlük QHD ekran, Snapdragon 820 və Qualcomm prosessorları ilə təchiz ediləcək. Daha öncəki Windows Phone modellərində olduğu kimi Nokia bu dəfə də kameraya xüsusi diqqət ayıracaq. Qeyd olunur ki, Nokia smartfonları 22.6 mpxl. kameraya sahib olacaqlar. Bundan başqa, cihazların korpusu toz və sudan IP68 standartına uyğun müdafiə olunacaq.