Ahmed Al-Mutava adlı IT-mütəxəssis GitHub-a Pokemon Go üçün xüsusi skript yerləşdirib, hansı ki, Google Maps-da yaxınlıqda yerləşən bütün «pokemonları» əks etdirir. O, oyunun sındırılması prosesini də ətraflı təqdim edib.
Al-Mutava bildirib ki, istifadəçilərin smartfonları üçün heç bir məsuliyyət daşımır və skriptin natamam olmasına görə üzr istəyib. O qeyd edib ki, Google Maps çoxsaylı «əkiz pokemonlar» təsvir etdiyi üçün servisin səhifəsini tez-tez yeniləmək lazımdır.