Əldə olunan razılığa əsasən, Xiaomi Microsfot Office paketini və Skype tətbiqini öz Android əməliyyat sistemi ilə çalışan smartfon və planşetlərinə quraşdıracaq. 2016-cı ilin sentyabr ayından etibarən Microsoft Word, Excel, PowerPoint, Outlook və Skype Xiaomi Mi 5, Mi Max, Mi 4s, Redmi Note 3 və Redmi 3 modellərinə qabaqcadan quraşdırılacaq.
Analitiklərin sözlərinə görə, Xiaomi Çin xaricində yeni bazarlara çıxa bilmək üçün bu addımı atıb.