Google və Microsoft-un ardınca Yahoo-nu əldə etmək uğrunda mübarizəyə Twitter də qoşulub.
New York Post xəbər verir ki, hər iki tərəf birləşmə haqqında düşünür. Danışıqların maliyyə tərəfi ilə Yahoo CEO-su Marisa Mayer məşquldur. Twitter-in başçısı Cek Dorsi görüşmələrdə iştirak etməyib. Şirkət təmsilçiləri mümkün birləşmə məsələsini şərh etməkdən imtina ediblər.
Yahoo idarə heyəti səhmləri 4-8 milyard dollara satmağı planlaşdırsa da, potensial alıcılar yalnız 2-3 milyard təklif edir.