spot_img
29 марта, 2024
ДомойТехнологииProject Tango - hər kəsə əlçatan olan əlavə edilmiş reallıq (video)

Project Tango — hər kəsə əlçatan olan əlavə edilmiş reallıq (video)

Artıq bu ilin yayında «Project Tango» əlavə edilmiş reallıq texnologiyası tətbiqi ilə təmin edilmiş ilk smartfonun satışı start götürəcək. Layihənin hazırlanması Google ilə birlikdə həyata keçirilib. İki tətbiq tərtib olunub: GuidiGo və Glympse.

Project Tango nədir və sizə necə kömək edə bilər?

Project Tango sizə smartfon və ya planşet vaistəsilə real dünya ilə ən rahat şəkildə qarşılıqlı əlaqə qurmağa kömək edəcək. İlk olaraq GuidiGo tətbiqi haqqında danışaq. Bu texnologiyanın inanılmaz imkanları barədə Kataloniya Milli İncəsənət Muzeyinin timsalında məlumat verək.

Təsəvvür edin ki, böyük bir binadasız və əlinizdə interaktiv bələdçi vardır. Project Tango ilə siz gözə görünməyən detalları görə biləcəksiz. Hansısa xüsusi bir əsəri analiz etmək istəyirsiz, amma böyük muzeydə onu harada tapacağınızı bilmirsiz? Sadəcə olaraq tətbiqdə həmin əsəri seçin və göstərişlərə uyğun olaraq hərəkət edin. Cihazın kamerası vasitəsilə üzərinə naviqasiya işarələri çəkilmiş bütün ətrafınız yayımlanır. Bu metod ənənəvi xəritə istifadəsindən daha rahat və asandır. Şəkili taparaq smartfonu əsərin üzərinə doğrulayın və onun haqqında bütün məlumat və detalları əldə edin.

Tango

İkinci tətbiq, Glympse isə sizə olduğunuz yerin koordinatları ilə paylaşmaq imkanını yaradır. Paylaşdığınız insan sizin harada olduğunuzu öz smartfonunda heç bir maneyəsiz görə biləcək.

Tangomuseum

Xatırladaq ki, 9 iyun tarixində Sna-Fransiskoda keçiriləcək Lenovo Tech World sərgisində Project Tango-nun digər imkanları barədə ətraflı məlumat veriləcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -