Hal-hazırda Android-cihazların sahibləri oğurlanma və ya itmə hallarında «Androidin uzaqdan idarə olunması» funksiyası ilə cihazın yerini təyin edə, onu kilidə sala, məlumatları silə və ya zəng edə bilərlər. Amma belə olan halda smartfonu əldə edən şəxs əməliyyat sistemini format edərək cihazı ya özü istifadə edə bilər, ya da asanlıqla digər bir şəxsə sata bilər. Android Open Source Project konsorsiumu bu probemin həlli üçün çalışıb və yeni 235361 nömrəli yığılmada uzaqdan idarəetmə ilə cihazı «kərpicə» çevirmək funksiyasını əlavə edib, hansı ki smartfonu tamamilə yararsız hala gətirir.
Qeyd edək ki, bu funskiya yalnız smartfonu geri almaq şansı olmadıqda faydalı ola bilər. Google şirkətinin yeni funksiyanı Androidin gələcək versiyalarına əlavə edib-etməyəcəyi hələlik məlum deyil.