Azərbaycanın Elektron Ticarət İcması (ETİ) tərəfindən Portmanat.az şirkətinin dəstəyi ilə Azərbaycanda e-ticarətin inkişafına təkan məqsədi ilə «İnternet — yeni dövrün ticarət kanalı» adlı üçüncü tədbir həyata keçiriləcək.
28 May tarixinə nəzərdə tutulmuş tədbirdə İyzico, PTTAVM kimi Türkiyənin məşhur onlayn ödəniş və alış-veriş şirkətlərinin rəhbərləri, «Kliksa»nın qurucusu və ETİD-nin rəhbəri, Ukraynanın qabaqcıl e-ticarət şirkəti Lalafo, eyni zamanda Azərbaycanın onlayn ticarət mərkəzləri olan Shopera və Portmanat.az-ın qurucuları öz təcrübələrini iştirakçılarla paylaşacaqlar.
Layihə, həmçinin işinin mütəxəssisi olan və ticarətə yeni başlayan sahibkarlar arasında ənənəvi ticarət anlayışına son verilməsi və biznesdə yeni dövrə keçid məqsədini hədəfləyir. Tədbirdə Omni Chanel (universal ticarət) , B2C2C (Bazar Yeri), Eticarət, elektron ödəniş sistemləri, pul və vaxt itkisinə son mövzularına yer veriləcəkdir.
Yeni ticarət anlayışına yiyələnmək və sahibkarlıq sahəsində dərin biliklər əldə etmək üçün tədbirdə iştirak etmək istəyənlər təşkilatçılarla əlaqə saxlaya bilər.
Tarix: 28 May 2016-cı il
Vaxt: 10.00 — 17.00
Əlaqə vasitələri:
e-mail: [email protected]
Tel: 055 213 84 33 / 050 282 00 26