Nokia telefonlarının Lumia smartfonlarından daha çox satılmasına baxmayaraq Microsoft üçün bazarın bu seqmenti maraqlı deyil. Vtech məlumat verir ki, Microsoft bu biznesin satışı barədə tayvan şirkəti Foxconn ilə danışıqlar aparır. Əgər müqavilə bağlanarsa mobil bölmənin 50% işçisi ixtisar olunacaq və bir hissəsi digər bölmələrə yönləndiriləcək.
Daha öncə Foxconn şirkəti Nokia N1 planşetinin istehsalı üçün Nokia brendini lisenziyalaşdırmışdı. Şirkətin gələcək planlarının yalnız smartfonlarla deyil, həm də sadə telefonlarla bağlı olacağı bildirilir.