Google şirkəti YouTube tətbiqetməsini yeniləyərək vacib funksiya əlavə edib – virtual reallıq rejimi dəstəklənməsi. Bir müddət əvvəl Android istifadəçiləri üçün mövcud olan bu funksiya artıq iPhone həvəskarlarını da sevindirəcək. Belə ki, istifadəçilər Google Cardboard və digər analoji VR-cihazlardan istifadə edərək YouTube-da 360-dərəcəli videoları izləyə biləcəklər. Qeyd etmək lazımdır ki, bu rejimdə adi videolara da baxmaq mümkündür. Funksiyanı aktivləşdirmək üçün video bölməsində 3 nöqtəyə klikləyərək menyuya keçib Cardboard işarəsini seçmək lazımdır.
Virtual reallıqda videonu izləmək üçün əmin olun ki, sizin iPhone-un YouTube versiyası 11.18-dək yenilənib.