spot_img
22 ноября, 2024
ДомойSoftwareМобильные приложенияArtıq sürücülər cərimələr haqqında məlumatı SMS-lə ala bilər

Artıq sürücülər cərimələr haqqında məlumatı SMS-lə ala bilər

Bu yaxınlarda Azərbaycanda “SmsRadar” adlı xidmət tətbiq olunub. Bu xidmət nəqliyyat vasitələrinin sahibləri tərəfindən Yol Hərəkəti Qaydaları pozularkən dərhal SMS vasitəsi ilə məlumatlandırılması və beləliklə əhaliyə elektron xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.

Hələlik bu xidmətdən yalnız Azercell abunəçiləri yararlana bilər, müvafiq tətbiqetmə isə Android istifadəçiləri üçün Google Play-da mövcuddur. Tezliklə iOS və digər mobil operatorlar üçün də xidmətin aktivləşdirilməsi gözlənilir.

SmsRadar

Bu xidmətə qoşulmaq üçün Azercell abunəçilərinin qeydiyyat zamanı balansından 1 AZN (ƏDV daxil) çıxılacaq. Aylıq abunə müddəti 30 gün intervalla hesablanır və xidmət haqqı 1 AZN təşkil edir. Xidmətə qoşulmaq üçün Azercell abunəçiləri cərimə məlumatlarını əldə etmək istədikləri nəqliyyat vasitəsinin nömrəsini (misal: 00XX000) SMS-lə 5454-ə göndərməlidir. Qısa nömrədən gələn avtomatik cavab mesajının tələbi olaraq həmin avtomobilin Texniki Pasport nömrəsini (misal: AA000000) SMS-lə 5454-ə göndərmək lazımdır. Xidməti deaktiv etmək üçün həmin avtomobilin nömrəsini eyni ilə SMS-lə 5454-ə göndərmək kifayyətdir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -