Financial Times dünyada smartfon satışlarının azalması haqqda məlumat dərc edib. Strategy Analytics tədqiqat şirkətinin analitiklərinin hesablamalarına görə smartfon istehsalçıları 2016-cı ilin ilk rübündə 334.6 milyon cihaz satışa çıxarıblar – keçən ilki göstəricilərdən 3% aşağı.
Strategy Analytics qeyd edir ki smartfonların satışı üzrə ilk 3 pillədə qərarlaşan şirkətlərin hamısında bazar payında azalma qeydə alınıb. Belə ki, ilk yerin sahibi Samsung-un satışları 4.5% azalıb, ikinci pillədə yer alan Apple satışların 16% enməsini təsdiqləyib və yalnız ilk üçlüyü qapayan Huawei şirkətində ötən illə müqaisədə heç bir dəyişiklik qeydə alınmayıb.