Son illərdə planşet satışlarının həcmi getdikcə azalır. İstifadəçilər daha çox transformerlərə üstünlük verirlər, hansıları ki, lazım gələrsə periferiya qoşaraq kompüter kimi istifadə etmək mümkündür.
IDC tədqiqat şirkətinin yeni hesabatına görə 2016-cı ilin ilk rübündə planşet satışlarının həcmi 39.6 milyon təşkil edib – keçən ilin analoji dövründən 14.7% daha az. Bazarda lider olaraq Apple şirkəti qalır (satışları 18.8% azalıb), ikinci pillədə isə Samsung qərarlaşıb (satışları 28.1% azalıb).
Üçüncü pilləyə isə gözlənilmədən Amazon şirkəti qalxıb. Onların satışları keçən illə müqayisədə düz 5 421.7% artıb. Bu onunla əlaqəlidir ki, keçən il şirkət heç bir satış reallaşdıra bilmədi, bu il isə satışlar 2.2 milyon təşkil edib. Qeyd edək ki, 4-cü sırada Lenovo şirkəti qərarlaşıb. İlk beşliyi isə Huawei qapayır.