Azercell Telekom MMC cəbhə xəttinə yaxın ərazilərdə yaşayan abunəçilərini kəsintisiz və keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə bu günlərdə həmin ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparır. Cəbhə xəttinə ən yaxın olan 70 stansiyanın hamısında 3G quraşdırılıb və bununla cəbhə bölgəsində Azercell-in 3G şəbəkəsinin əhatə dairəsi 30%-a qədər genişləndirilib.
Tərtər, Ağdərə, Ağdam, Füzuli, Naftalan, Göranboy kimi rayonlarda şirkətin mütəxəssisləri tərəfindən ümumi audit inspeksiya aparılıb və aşkarlanan uyğunsuzluqlar aradan qaldırılıb. Cəbhə xəttinə yaxın 25 stansiya avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. Bu, stansiyaların elektriksiz çalışa bilməsi üçün imkan yaradıb.
Məlumat üçün qeyd edək ki, Azercell regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı Azercell tərəfindən təmin olunur. Son il ərzində Azercell yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25% gücləndirib.