Apple şirkətinin qiymətli kağızlarının dəyər itirməsinin səbəbi iPhone-un satışlarının azalması olub. Reuters yazır ki, səhmlər 8% dəyər itirib, son 12 ayda isə kurs 20% enib. iPhone-ların satış həcmi keçən illə müqayisədə (61.17 milyon) bu ilin ilk rübündə azalaraq 51.19 milyon təşkil edib. iPad-lərin satışı keçən illə müqayisədə 19% azalıb, Mac-larda bu göstərici isə 12% təşkil edib.
Apple-ın ümümi rüblük gəlirləri 58 milyard dollardan 50.6 milyard dollara enib.
Tədqiqatçıların sözlərinə görə satış ilin 2-ci rübündə daha da azalacaq və Apple şirkəti bu məsələni ciddiyə almalıdır.