spot_img
20 апреля, 2024
ДомойТелекомСобытияMicrosoft Imagine Cup 2015 qalibləri məlum oldu. Azərbaycan komandası "İnnovasiyalar" kateqoriyasında ikinci...

Microsoft Imagine Cup 2015 qalibləri məlum oldu. Azərbaycan komandası «İnnovasiyalar» kateqoriyasında ikinci yeri tutdu!

30 iyulda Redmondda (Sietl, Vaşinqton ştatı) yerləşən Microsoft şirkətinin əsas ofisinin tələbələr arasında Microsoft Imagine Cup 2015 beynəlxalq innovasiyalar müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bildirdiyimiz kimi, müsabiqədə bütün dünya ölkələrindən 33 komanda və onların içində ilk dəfə Azərbaycan təqdim edilmişdi. Bakıdan olan NoObs komandası Bluetooth-tənzimçilərin dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan Windows Phone platformalı smartfonlar üçün proqram təminatı olan Spinal layihəsini təqdim edib. NoObs komandası Microsoft Azerbaijan şirkəti ilə birgə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəznində Yüksək Texnologiyalar parkı və Nar mobil şəbəkə operatoru tərəfindən keçirilmiş Imagine Cup lokal seçim turu qalibləridirlər. Komandanın iştirakçıları Bakı Dövlət Universitetinin və «Xəzər» Universitetinin tələbələridir: Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalar.

Imagine Cup

Müsabiqə üç kateqoriya üzrə keçirilib: World Citizenship (dünya vətəndaşlığı, məhdudlaşdırılmış imkanlı insanlar üçün layihələr), Games (oyunlar) və Innovation (innovasiyalar). Sizə hər kateqoriyada qaliblərin siyahısını təqdim edirik.

Innovation:

  • Birinci yer: Braziliyadan eFitFashion komandası. Clothes for Me layihəsi.

Imagine_Cup_winners_9

  • İkinci yer: NoObs komandası, Azərbaycan. Spinal layihəsi.

Imagine_Cup_winners_6

  • Üçüncü yer: Eyni adlı layihəylə Böyük Britaniyadan Syimb komandası.

Imagine_Cup_winners_5

World Citizenship:

  • Birinci yer: Avstraliyadan «Virtual Dementia» komandası. Virtual Dementia Experience (VDE) layihəsi

Imagine_Cup_winners_7

  • İkinci yer: Sinqapurdan «Mozter» komandası

Imagine_Cup_winners_2

  • Üçüncü yer: Yunanıstandan «Prognosis» komandası

Imagine_Cup_winners_1

Games:

  • Birinci yer: Rusiyadan «IzHard» komandası. Ovivo oyunu

Imagine_Cup_winners_8

  • İkinci yer: Kuality Games, Hollandiya. Bounce’em up oyunu

Imagine_Cup_winners_4

  • Üçüncü yer: Thief, Çin. Lost Shadow oyunu

Imagine_Cup_winners_3

Birinci, ikinci və üçüncü yerləri tutmuş mükafatçılar layihənin sonrakı inkişafına Microsoft şirkətindənn 50, 10 və 5 min dollar ölçüsündə  qrant aldılar. Hər üç kateqoriya qalibləri 31 iyulda Sietldə World Championship Final yarışında mübarizə aparacaqlar. Final günü nəticələrini sizinlə sabah bölüşəcəyik. Imagine Cup haqqında daha ətraflı informasiyanı məqaləmizdən və ya müsabiqənin rəsmi web-səhifəsində əldə edə bilərsiniz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -