spot_img
21 ноября, 2024
ДомойТелекомСобытияNetty və InfoCity “İlin İT-hadisəsi” nominasiyasını seçir

Netty və InfoCity “İlin İT-hadisəsi” nominasiyasını seçir

NETTY Azərbaycan Milli İnternet Mükafatının Təşkilat Komitəsi INFOCITY texnika və texnologiyalar haqqında Azərbaycanın aparıcı jurnalı ilə birlkdə “İlin İT-hadisəsi” nominasiyası üzrə namizədlərdən ərizə qəbulunu başlayıb. 2009-cu ildən başlayaraq bu mükafat yüksək texnologiyaların Azərbaycan bazarının əsas nailiyyətlərini qeyd edir və NETTY mükafatı çərçivəsində təqdim edirilir. NETTY2015 çərçivəsində qaliblər aşağıdakı istiqamətlər üzrə müəyyən ediləcək:

  • “İlin İT-hadisəsi” nominasiyası:
  • Dövlət hakimiyyəti və idarətmə orqanalrında ən yaxşı İT-layihə
  • Biznes üçün ən yaxşı İT-layihə
  • İctimai əhəmiyyətli ən yaxşı İT-layihə (təhsil, maliyyə, idman, mədəniyyət və s.)
  • Azərbaycan İKT-nin ölkə kənarında inkişafını nümayiş etdirən İT-layihə

NETTY_N88

İnformasiya texnologiyalarının milli seqmentinin inkişafına töhfə verən layihələr və həllər mükafata namizədlər ola bilər. Nominasiyalarda iştirak üzrə ərizələrin qəbulu 1 may 2015-ci il tarixədək davam edəcək.

Seçim mərhələsini keçən layihələr, səsvermə üçün NETTY Akademiyasına http://netty.az/az/academy.  təqdim olunacaq. Səsvermə nəticəsində İT-akademiklərin ən çox səs toplayan layihələr və həllər müəyyən olunur. Akademiyanın səsverməsi nəticəsində ən yaxşı hesab olunan layihələr və həllər “İlin İT-hadisəsi” fəxri nominasiyasının laureatları kimi elan olunurlar.  Onların adları müsabiqənin final mərasimində elan edilir. Yalnız 2014-cü ilin əvvəlindən və 2015-ci ilin may ayından realizasiyası başlanan və ya başa çatan layihə və həllər müsabiqədə iştirak edə bilərlər.

Ərizələri həm layihələrin sifarişçiləri tərəfindən, həm də onların icraçıları tərəfindən, onların qarşılıqlı razılaşması ilə və yalnız bir tərəf ilə təqdim oluna bilər. NETTY2015-in keçirilməsi çərçivəsində “İlin İT-hadisəsi” nominasiyalar üzrə və mükafatın nominantları barədə məlumat www.infocity.az , www.netty.az  və  www.itaward.az saytlarında və sosial şəbəkələrdə yerləşdiriləcək (nominantların şort-listini və NETTY2015-nin final mərasiminin keçirilməsinə qədər).

Müsabiqənin tələblərinə uyğun olan bütün layihələri dəvət edirik. Bununla bağlı ətraflı məlumat [email protected] və ya [email protected] ünvanlarına, aşağıdakı formada göndərilməlidir:

F.A.A

Şirkət:

Vəzifə:

Əlaqə e-poçtu:

Əlaqə telefonu:

Layihənin adı:

Layihənin təsviri:

Nominasiya:

Təqdim olunan məlumatın həcmi bir informasiya səhifəsindən (standart şrift ilə) çox olmamalıdır.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -