Bakıda şəhər sakinləri və qonaqların rahatlığını təmin etmək məqsədilə tam yeni müştəri xidmətləri sistemi istifadəyə verilib. Belə ki, «Bakı Taksi» MMC-yə aid bütün avtomobillər artıq avtomobillərin yerinin təyin olunması üçün GPS qurğularla təmin edilib və onun köməkliyi ilə sistem avtomatik şəkildə sifariş olunan ünvana ən yaxın taksini sifarişin icrasına yönəldir.
Sifarişlər peşəkar operatorlar tərəfindən qəbul olunur, müştərinin ünvanı tam dəqiqləşdirilir və yaxın olan sürücüyə onun yerləşdiyi məkan haqqında tam dolğun informasiya çatdırılır. Bütün bunlar yeni tətbiq olunmuş proqram təminatının köməkliyi ilə həyata keçirilir.
Bu da vaxt itkisinə yol vermədən, operativ sürətdə müştərilərin sifarişlərini icra etməyə və onlara keyfiyyətli xidmət göstərməyə imkan yaradır.
Nəticədə müştəri ilə sürücünün ünsiyyəti minimuma endirilib.
Müştərilər artıq Bakı şəhərinin hüdüdlarında istədikləri telefondan *9000 yığaraq taksi sifariş edə bilərlər. Statasionar nömrələrdən zənglər tamamilə ödənişsizdir. Qeyd edək ki, Müştəri Xidmətləri Mərkəzi 7/24 rejimində fəaliyyət göstərir.