spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияBakıda növbəti Startup Weekend tədbiri həyata keçiriləcək

Bakıda növbəti Startup Weekend tədbiri həyata keçiriləcək

Tədbir Noyabr ayının 21-23 tarixləri arasında keçiriləcək. Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanaraq sahibkarlar, startap entuziastları, marketerler, dizaynerlər və proqramçılar “komanda”larda bir araya gələrək startaplar quracaq və münsiflər heyəti qarşısında təqdimat edəcəkdir. Technimum.com portalın məlumatlarına əsasən, tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində startapı tam formalaşdıraraq işlək halda təqdim etməkdir. Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar “mentor” statuslu peşəkarlar tərəfindən konsultasiya ala biləcəklər.
Baku Startup Weekend tədbiri müstəqil mütəxəsislər tərəfindən və Startup Weekend qlobal forumu tərəfindən təşkil edilib.
Bu dəfəki tədbirə ABŞ, Rusiya, İordaniya, Türkiyə olmaq şərti ilə bir neçə ölkədən qonaqların gəlməsi gözlənilir.

Baku Startup Weekend

Startup Weekend Formatı.
Təqdimat — Səsvermə — Komanda formalaşdırmaq — Fikir mübadiləsi — Minimal ishləyən məhsul
Təqdimatlar tədbirdə komandanızı tapmaq və formalaşdırmaq üçün birinci əhəmiyyətli addımdır. 60 saniyə ərzində özünü təqdim etməli, həll etdiyiniz məsələ və onun həll yolları haqqında, həmçinin üstünlükləriniz haqqında məlumat verməlisiniz.
Vaxtınız bitdikdən sonra siz yerinizə dönməlisiniz və digər iştirakçıların təqdimatlarını izləməlisiniz.
Unutmayın ki, hər şeydən əvvəl iştirakçılar vaxtı yaxşı dəyərləndirməli və seçilməyə çalışmalıdırlar. Təqdimatlara qulaq asdıqda sizi maraqlandıran insanlar və fikirlər haqda qeydlər edin.
Təqdimatlar bitdikdən sonra, iştirakçılarla ünsiyyət qurmaq ücün 45 dəqiqə verilir. Diqqətinizi çəkən insanlar və ideyalar haqda daha çox öyrənib, komanda qurmaq üçün sizə uyğun olan, komandanızı tamamlayacaq iştirakçıları tapmağa çalışın.

Yaxşı komanda — məhsulu işləyib hazırlaya bilən, istehlakçıları nəzərə alan, hərtərəfli təqdimat hazırlayan, məhsulun və biznesin işlək olduğunu təsdiq edə bilən, enerjili və bir-biri ilə uyğunlaşan insanlardan ibarət olmalıdır.
Tədbir Samsung, DSC, Unibank və ATL şirkətləri tərəfindən dəstək olunur. Yüksək Texnologiyalar Parkı, ADA universiteti, Khazar Ventures, Galaxy mağazaları tədbirin təşkilati partnyorlarıdır.

Tədbirdə barədə məlumat: www.up.co/communities/azerbaijan/baku-azerbaijan/startup-weekend/4666
İştirak etmək üçün qeydiyyat: www.eventbrite.com/e/baku-startup-weekend-november-2014-registration-13496158373?aff=UP%20Community%20Sites

Startup Weekend 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilmiş və bu foruma ümumi olaraq 100.000-dən artıq sahibkar cəlb edilmişdir. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranmış və müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -