iF design beynəlxalq dizayn müsabiqəsi ənənəvi olaraq ilin dizayn baxımından ən yaxşı cihazlarını elan edir. Xiaomi şirkətindən 13 məhsul bu ada layiq görülüb. Beləliklə, 2018 iF Design Award müsabiqəsində 63 ekspertdən ibarət münsiflər heyyəti 6400 cihazı nəzərdən keçirib.
Xiaomi şirkətindən aşağıdakı 13 məhsul mükafata layiq görülüb:
- Xiaomi Mi Mix 2;
- Xiaomi Mi Mix;
- Xiaomi Mi6;
- Xiaomi Mi Note 2;
- Mijia Camera Mini;
- Mi Walkie Talkie;
- Mi Laser Projector TV 150;
- Xiaomi Powercat;
- VR headset;
- VR Play 2;
- Body Fat Scale;
- Wiha 24-in-1 Screwdriver;
- Doctor B Toothbrush.