Məlum olduğu kimi, yeni Apple iPhone smartfonları simsiz enerji yığma texnologiyasını dəstəkləyəcəklər. Gəzən şayiələrə əsasən, müvafiq cihazlar komlektdə olmayacaq və ayrıca satışa çıxarılacaq. Üstəlik qeyd edilir ki, bu cihazlar iOS 11.1 əməliyyat sistemi ilə birgə təqdim ediləcək. Gecikmə səbəbi bildirilmir. Xatırladaq ki, simsiz enerji yığma texnologiyası Apple-ın öz məhsulu olduğu üçün digər müvafiq cihazlardan istifadə etmək mümkünsüz olacaq.
Lakin, bəzi mütəxəssislər Apple şirkətinin WPC texnologiyasından istifadə edəcəyini qeyd edir, hansı ki, digər müvafiq cihazlar üçün əlçatandır.