Samsung şirkəti yeni flaqman Galaxy S8-in təqdimatından öncə bu cihazın xüsusiyyətini anons edib. Belə ki, Galaxy S8-in «Bixby» adlı öz virtual köməkçisi olacaq. Apple Siri və Google Assistant-la müqayisədə Bixby səsli interfeys köməkçisi olacaq. Rəqib köməkçilər isə sual vermək üçün tətbiq formatında hazırlanıblar.
Samsung qeyd edir ki, istifadəçi sual əmrlərini yadda saxlamağa məcbur deyil, əksinə, cihaz istifadəçini analiz edib ona uyğunlaşmalıdır.