Samsung Galaxy Tab S3 planşetinin təqdimatı hələ ötən ilin sentyabr ayında baş tutmalı idi. Lakin, sonradan məlum oldu ki, planşet MWC 2017 sərgisi çərçivəsində 26 fevral tarixində təqdim olunacaq. Bildirilir ki, Tab S3 9.7 düymlük AMOLED-displey (2048×1536), 5.6 mm qalınlığında korpus, Snapdragon 820 prosessoru, 4 GB RAM, barmaq izi skaneri, USB Type-C, 5870 mAh batareya və Android 7.1 Nougat ilə təchiz olunacaq.
Daha bir yenilik isə ondan ibarətdir ki, planşetin displeyinin kənarları əyilmiş olacaq (Edge modellərində olduğu kimi).