Facebook şirkətinin dronları Cənubi Kaliforniyada yerləşən iki məntəqə arasındakı (13 km) ərazini sürətli internetlə təmin edib. Verilənlərin ötürülməsi sürəti 20 Gbit/s olub.
Lakin, 13 km ölçüsündə olan bir məsafə Facebook üçün hələlik başlanğıcdır. Çünki Aquilla layihəsinin məqsədi dünyanın hər bir nöqtəsində internetin əlçatan olunmasıdır. Şirkət tez bir zamanda göstəriciləri 30-50 km-dək (30 Gbit/s) artırmağı düşünür.