Coca-Cola şirkəti alıcıları hər zaman qeyri-adi fikirləri ilə təəccübləndirib. Bu dəfə məşhur içki istehsalçısının marketinq mütəxəssisləri Snapchat istifadəçiləri üçün yenilik təqdim edib. Coca-Cola onlara ən çox istədiklərini verib, yəni «selfie»-ni.
İsraildə keçirilən Summer Love festivalında Coca-Cola selfie-şüşəni təqdim edib. Bu şüşə ilə siz içkini içərkən özünüzün şəklini çəkə bilərsiz. Şüşə 70 dərəcə əyilərkən avtomatik olaraq kamera şəkil çəkir.
Daha sonra bütün edilən şəkillər Snapchat, Instagram və Facebook-a yüklənir.