«Ağıllı» paltaryuyan maşınının ardınca Xiaomi bu dəfə robot-tozsoranı təqdim etmək istəyir. Yenilik Mijia brendi altında satışa çıxarılacaq.
Qeyd edilir ki, Xiaomi robot-tozsoranı müstəqil olaraq optimal marşrutu seçmək bacarığına malikdir və lazer naviqasiya sistemi ilə təchiz edilib. İnternetdə yayılmış şəkillərə əsasən, tozsoranın batareyasına mobil tətbiqdən nəzarət etmək mümkündür. 32 kv/m bir otağın təmizliyi üçün Xiaomi robot-tozsoranına 35 dəqiqə kifayət edir.
Rəsmi olaraq cihaz 31 avqust təqdim olunacaq, qiymət isə təxminən 450 dollar təşkil edəcək.