Marshmallow ilə müqayisədə böyük dəyişikliklər edilməsə də, Google Android N üçün istifadəçiləri sevindirəcək yeniliklər hazırlayıb. Belə ki, artıq siz sistemdə bütün elementlərin miqyasını dəyişə biləcəksiz.
Miqyas dəyişilməsi funksiyası tərtibatçılar üçün ayrılmış bölmədə yer alacaq. Bunun üçün bir neçə addım atmaq lazımdır:
* parametrlərə daxil olmaq
* «Telefon haqqında» bölməsinə daxil olmaq
* smartfonun yığılma nömrəsinə yeddi dəfə kliləmək lazımdır
* geriyə qayıdıb «Tərtibatçılar üçün» bölməsinə daxil olmaq lazımdır
* piksellərin sıxlığı haqqında bölməni tapmaq və istəyinizə görə dəyişmək
Qeyd etmək lazımdır ki, miqyasın dəyişilməsi bəzi tətbiqlərin işləməsində problemlər yarada bilər.