Avqust ayında iki nəhəng şirkət Facebook və Microsoft-un birgə maliyyələşdiriyi transatlantik internet-kabelin çəkilməsi start götürəcək. Proektin 14 ay müddətində reallaşması gözlənilir.
MAREA adlanan bu proekt Şimali Amerika və Avropa sahillərini dünyanın ən sürətli internet-kabeli ilə birləşdirəcək. Kabelin ümumi uznluğu 6600 km təşkil edəcək və verilənlərin ötürülmə sürəti 160 Tbps təşkil edəcək.
Bu proekt Microsoft üçün məhz «Microsoft Cloud»-a problemsiz və sürətli qoşulma baxımından əhəmiyyətlidir. Layihənin icraçısı kimi ispan şirkəti Telxius çıxış edir, hansı ki iri telekommunikasiya provayderi Telefonica-nın bir qoludur.