Təxminən bir il öncə Apple şirkətin daşınan elektronika seqmentində ilk cihazı olan Watch-u təqdim etdi.
Fluent analitiklərinin məlumatlarına görə, “ağıllı” saatların sahiblərinin hər üçüncüsü cihazın imkanlarından narazı qalıb.
Sorğuda 2500 amerikalı iştirak edib və bunlardan 8%-i Apple Watch sahibləri idi. Cihaz sahiblərinin sözlərinə görə saatlar tez-tez fitnes üçün istifadə olunur.
“Ağıllı” saatdan istifadə edənlərin 62%-i cihazın yeni nəsil versiyalarını almağa hazırdılar. Bunlardan 46%-i rahatlığa görə, 31%-i isə yeni funksiyalara görə cihazı əldə etmək arzusundadı.
Maraqlısı odur ki, cihaz sahiblərinin üçdə bir hissəsi saatın əldə olunmasını faydasız olduğunu qeyd edib.
Apple Watch cihazı olmayanlardan isə 26%-i daşınan elektronikaya pul xərclənməsini mənasız hesab ediblər, 46%-i isə ümumiyyətlə cihaz üçün tələb olunan məbləği ödəməyə hazır olmadıqlarını qeyd ediblər.