spot_img
25 ноября, 2024
ДомойТехнологииГаджетыMashable jurnalisti başdan ayağa «geyilən texnologiyalar» libasına büründü

Mashable jurnalisti başdan ayağa «geyilən texnologiyalar» libasına büründü

Google Glass-ın ilk versiyası uğursuzluğa uğrayandan, eləcə də Smart saatların geniş auditoriya tərəfindən soyuq qarşılanmasından sonra geyilən elektronikanın gələcəyi əvvəlki kimi yaxın görünmür. Buna baxmayaraq, geyilən qadcetlər yavaş-yavaş məişətimizdə öz yerini tutmağa başlayır. Misal üçün, fitnes-trekerlər ucuz qiyməti və adi qolbağa bənzərliyi sayəsində artıq həyatımıza daxil olmağa nail olub.

Mashable üslub rubrikasının redaktoru xanım Noel Şakka bir eksperiment keçirib. O, başdan ayağa yüksək texnologiya libasını geyərək həm insanların reaksiyasını görmək, həm də bol texnologiyanın nə qədər fayda gətirdiyini qiymətləndirmək üçün Nyu York dəb həftəsinə yollanıb. Şakka yeriyərkən hərəkət keyfiyyətini ölçən və travma ehtimalını müəyyən edən Sensoria corablarını, üstündən isə addım və yandırılan kaloriya sayan SpeedForm kross ayaqqabısı geyib.

Mashable

Xanımın üzərində əlavə yük zolaqlı Sweetflexx legginsi vardı. Başındakı LifeBeam papağı və qolundakı Apple Watch saatı elə eyni işi görürdü: Şakkanın nəbzini ölçür, atdığı addımları və sərf etdiyi kaloriyaları sayırdı. Geydiyi gödəkçənin yeganə texnologiya əlaməti insanı qaranlıq yolda sürücülər üçün daha aydın gözə görünən edən işıq-diod zolağı idi. Noel alt paltar barədə də düşünmüşdü. Seçdiyi Sensoria döşlüyündə nəbz sensoru quraşdırılmış, üstündən geydiyi uzunboğaz isə rütubətdən və ultrabənövşəi şüalardan qoruyurdu. Bu geyimlərin içində texnologiyadan ən az təsirlənmiş əşya laykradan istehsal olunmuş FitKnix tanqa tumanı idi. Tədbirin keçirildiyi binaya yaxınlaşdıqda Noeli fotoqrafçılar mühasirəyə alıb onun fotolarını çəkə-çəkə geydiyi əşyaların brendlərini soruşmağa başladılar. Nə isə, bütün bunlardan sonra Noel nəticəyə gəldi ki, birdən-birə bu qədər qadcet geyməyin heç bir mənası yoxdur.

Geyimlərdən aldığı məlumatların hamısını o, öz smartfonundan da almışdı, amma elə bu səbəbdən smartfonun akumulyatoru tezliklə qurtardı. Ağır zolaqlı leggins onun əynindən sürüşüb ayaqlarında eybəcər görünür, corablar olduqca iri və heç də gözəl deyildi, döşlükdəki nəbz sensoru isə yalnız üzərinə su sərpdikdən sonra söndürülə bildi. Xanıma əziyyət verməyən yeganə qadcet isə smart saat idi. Elə gödəkçə də Şakkanın xoşuna gəlmədi. Qaçmaq üçün onu geyinə biləcəyini deyən xanım, belə bir gödəkçəni hər gün geyinmək fikrini heç də bəyənmədi.

Предыдущая статья
Следующая статья
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -