spot_img
24 ноября, 2024
ДомойБлогиАзербайджанские БлогиBir neçə yaxşı insan — Paypal Mafia

Bir neçə yaxşı insan — Paypal Mafia

DotCom Bubble’ın 2000’ci illərin başında tutmasından sonra, dünyanı internet üzərindən dəyişdirmə arzusunun bitəcəyi hesab edilirdi. Boo.com, startup.com kimi arxasında 100+M dollar yatırımı olan şirkətlər batmış, Amazon’un NASDAQ’dakı hissələri $107’dan $7 səviyyəsinə geriləmişdi. Bütün bunlar olmadan bir neçə il öncə, 98’də Peter Thiel və Max Levchin’in Stanford yaxınlarında yediyi nahar yeməyi, bəlkə də bu iki adam üçün yeni bir iş fikri idi sadəcə amma əslində o yeməkdə başlamaya qərar verdikləri PayPal sayəsində DotCom keçmiş vaxtlarından da güclü olacaqdı.

Necə? 2002 ilində eBay’ın PayPal’ı almasından, bu gün günümüzdə vizyonçuların çoxunu birləşdirən PayPal’ın yetişdirdiyi superman’lər, ard-arda eBay’dan ayrıldı və yeni xəyalların ardınca qaçmağa başladı. Uzun bir müddətdir ki, üzərində məqalələr oxuduğum və bu mövzuda haqqında Türkçə qaynaq olmadığını görməmdən sonra; bu yazını yazmaq şərt oldu. Əslində bir çoxunun adını eşitdiyiniz bu superman’lər görək necə bir şirkət mədəniyyəti altında başlamışlar karyeralarına və nələr etmişlər?

PayPal Mafia Niyə Önəmlidir?

Deyəsən yazının son qismində bu sualın cavabını birlikdə bilmiş olacağıq. Lakin heç bir maddi qaynağı olmadan gözəl şeylər etmək istəyən bir neçə dəlinin bu qədər uğurlu olması və günlük həyatımızda hər dəfə istifadə etdiyimiz məhsulların bir çoxunda əməklərinin olması deyəsən yetərli bir açıqlamadır. Bütün bunlar bizim ölkəmizdə edilə bilərmiydi sualı sizin olduğu kimi mənim də ağlıma gəlir. Lakin bu sualı cavablamamaq ən yaxşısıdır məncə. Artıq klişəsiz (cliche) bir cavab vermək mümkün deyil təssüfki.

PayPal’ı Fərqli Edən Nə İdi?

Bizə ən çox dərs olacaq mövzu, yəqin ki bu cavabdan çıxacaq. Thiel və Levchin’in bəlkə də BitCoin’in atası deyə biləcəyimiz məhsulları, içində olduqları ili düşündüyümüzdə nə qədər vizyoner adamlar olduqlarını sübut edirlər. Bu iki adamın şirkət içərisinə geçmişləri nə olursa olsun sadəcə özlərinə oxşayan adamları almaları diqqət çəkən bir nöqtədir.

“All of this is about self-selecting for people just like you.” Levchin.

Thiel və Levchin’in PayPal’da yaratdığı şirkət mədəniyyəti zamanın şirkətlərinə görə olduqca fərqlidir. Anti-mainstream bu mədəniyyətin içində yetişən insanların da belə qeyriadi işlər etməsidə əslində təbii nəticədir. Bütün alqışı bu ikiliyə etmək bir az haqsızlıqdır əslində. Şirkətin kritik isimlərindən David Sacks’ın no-unnecessary-meeting qaydası və elə bil şirkət içində polislik etməsi də şirkət içi mədəniyyəti fərqliləşdirən bir üsnürdür.

Bəs Elan Musk? Hekayənin maraqlı qismi burada başlayır bir az. Thiel və Levchin, sadə ailələrin qeyrisadə uşaqları və ətraflarında oxşar profillərdə işləyənlər əldə etmişlərkən, Elon Musk profili ilə qarşılaşmaları və şərikliyə getməkləri əslində məni ən çox maraqlandıran şeydir. Birləşmə hekayəsi və sonrasından danışmaq istəyirəm bir az.

X.com (o vaxtlar email payment etməyə çalışan Elon Musk’ın şirkəti), PayPal ilə şərikliyə gedər. Lakin PayPal brendi o qədər qüvvətlidir ki; x.com, PayPal’a dönüşdü. X.com əvvəlində PayPal komandası unix geek’lərindən ibarət idi. Lakin birləşmənin sonrasında CEO olan Elon Musk, bütün infrastrukturu Microsoft ekosisteminə çevirməyə başlar. Təxmin edərsiniz ki; geek qardaşlarımız bu vəziyyətə olduqca acıqlanmağa başlarlar. Hər nə qədər indilərdə bir-birilərinin şirkətlərinə yatırım etsələrdə və bir-biriləri haqqında pozitiv danışsalar da bu üçlünün arası o günlərdən bəri əslində çox da yaxşı olmamışdır. Bir idarə heyəti qərarı ilə Musk CEO vəzifəsindən ayrılar və sükanın başına yenidən Thiel keçər.

Thiel’in liderlik tərzi həm startupçı dostların, həm də sektorumuzun ata(!)larının dərs ala biləcəyi cinstəndir. PayPal’da işləyən hər kəs şirkətin burn rate’inə qədər bütün məlumatlarına baxa biləcək qüvvədə idilər. İndilərdə eşitdiyimiz və həyəcanlandığımız meritokrasi ya da daha açıq ifadə ilə PayPal daxili düzülüş iyerarxiyası daha o günlərdə Thiel tərəfindən tətbiq olundu. Hər kəs ağlına gələn fikrin dəyərləndirə bilir, və şirkəti sahiblənə bilirdirlər. Yinə maraqlı bir məlumat; Thiel, PayPal’ın ilk zamanlarda işləyənləri üçün ekstra olaraq insan dondurma depoları belə qurmağı təklif etmişdi. Zarafat deyil; özunün bu mövzuda $3.5M’luq bir yatırımı var hazırda☺.

Tarix səhifələri 2002’ci ili göstərdiyində PayPal artıq IPO etmiş yəni xalqa açılmış bir şirkət idi. Elə bu zaman eBay’dan gələn $1.5’lıq təklif, şirkəti və komandanı bu çətin qərarı verməyə məcbur etmişdir. PayPal’ın günümüzdə dəyərinin təxmini $30B olduğunu düşündüyümüzdə, Thiel’in bu satışından niyə peşman olduğunu başa düşə bilirik. PayPal əgər eBay’ə satılmasaydı, o zamanlarda hazırlanmış komanda ödəmə mövzusunda daha da innovasiyalar edərdi. Visa və MasterCard’ın son 10 ildir heç bir innovasiya etmədiyini nəzərə alsaq; bəlkə də PayPal günümüzdə ən böyük şirkətlərdən birisi olacaqdı.

Amma bir texnologiya manyakı olaraq bunu deyə bilərəm ki; yaxşı ki, satılmış PayPal və bu adamlar bir-bir çıxıb eBay’ın asılılığından. İnternet dünyası gözümüzün qabağında bir innovasiya yaşayır və buna şahitlik edə bilməmizin arxasında ki, barmağı olan insanların ən önəmliləri bu komandadır.

Bəs Bu Adamlar Kimdir?

Adlarını tək-tək nələr etdiyini danışmadan öncə bunu demək istərdim ki; bu qardaşlarımızın hamısının keçmişlərini, etdikləri söhbətləri izləməkdə fayda var. Adlarını deyə bilmədiyim digər mafiya üzvlərindən də üzr istəyirəm☺.

Paypal_mafia

1- Peter Thiel — PayPal Founder — CEO

Deyəsən ən gözəli hekayənin baş rol oyuncusu, Batman ilə başlamaq. Bir çoxları Peter Thiel’i “Don of the PayPal Mafia” olaraq yad edir. Əslində Thiel’in etdiklərini gördüyümüzdə o qədər də səhv olduqlarını deyə bilmərəm.

  • PayPal Qurucu Ortağı və CEO
  • Palantir Qurucu Ortağı
  • Clarium Capital’ın Başçısı
  • Founders Fund’ın Managing Partner’i
  • Facebook Yatırımcısı ( %10,2 — $500K)
  • Yatırılmlarından bəziləri; Slide, Linkedin, Yammer, Yelp, Asana, Quora…
  • Machine Intelligence Research Institute dəstəkçisi.
  • Anti-aging Research dəstəkçisi

2- Max Levchin — PayPal Founder — CTO

Ve Robin’ə gələr təbii ki sıra. Baxaq o nələr etmiş.

  • Slide Qurucusu(2010’da $180M’a Google’a satdı.)
  • Yelp Mələk Yatırımcısı və ən böyük hissədarı, idarə heyəti başçısı
  • HVF (Hard, Valuable, Fun) Qurucusu
  • Affirm Qurucu və CEO’su
  • Thank You For Smoking filmin müəllifi

3- Elon Musk — X.com Founder — PayPal CEO

Batman və Robin’in ardından mı gələr önündən mi mübahisə ediləcək söhbətdir. Qarşınızda gerçək superman. Özünün həyatı yeni bir məqalə deyil, kitab olar o dərəcə ☺.

  • SpaceX Qurucusu, CEO, CTO(Adamlar Mars’a gedəcək! Eyni roketi bir dəfə daha istifadə edəcək!)
  • Tesla Motors Qurucusu, CEO, CPA(Chief Product Architect) (Bütün patentler pulsuz!)
  • SolarCity Qurucu Ortaq, Müdir (Adamlar petrolu bitirəcək!)

4- Reid Hoffman — PayPal COO

  • Linkedin Qurucusu, CEO
  • Yatırımları; Zynga, Flickr, Digg, Last.fm, Edmodo,
  • Yazar

5- Roelof Botha — Former PayPal CEO, CFO

  • Sequoia Capital
  • İdarə heyətində olduğu şirkətlər; Jawbone, Eventbrite, Evernote, Tumblr, Weebly, Unity, Xoom

6- Jeremy Stoppelman — PayPal Engineering VP

  • Yelp Qurucusu

7- Chad Hurley & Steve Chan — PayPal Web Designer & PayPal Engineer

  • Youtube Qurucuları

8- David Sacks — Former PayPal CEO

  • Yammer Qurucusu
  • Geni.com Qurucusu

9- Dave McClure — PayPal Marketing Director

  • 500 Startups Qurucusu

Mənbə: Medium.com.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -