ДомойТехнологииПланшетыSamsung Galaxy Tab S12 flaqman planşetlərini təqdim etdi

Samsung Galaxy Tab S12 flaqman planşetlərini təqdim etdi

Samsung yeni nəsil flaqman planşetləri olan Galaxy Tab S12 seriyasını təqdim edib. Seriyaya əvvəlki nəsildə olduğu kimi iki model — Galaxy Tab S12 Ultra və Galaxy Tab S12+ daxildir. Hər iki planşet böyük AMOLED ekran, nazik korpus və Galaxy AI funksiyaları ilə fərqlənir.

Seriyanın ən böyük modeli olan Galaxy Tab S12 Ultra 14,6 düymlük Dynamic AMOLED 2X ekranla təchiz edilib. Panelin təsvir ölçüsü 2960×1848 piksel, yenilənmə tezliyi 120 Hz, maksimal parlaqlığı isə 1600 nit təşkil edir. Galaxy Tab S12+ modelində də eyni tip ekran istifadə olunur, lakin onun diaqonalı 12,6 düym, təsvir ölçüsü isə 2800×1752 pikseldir.

Hər iki planşetdə Vision Booster funksiyası var. Bu texnologiya ətrafdakı işıqlandırmanı nəzərə alaraq ekran görüntüsünü avtomatik optimallaşdırır. Səs üçün isə dördkanallı məkan audio sistemi nəzərdə tutulub. Planşetlərin hər ikisində 3 nanometrlik MediaTek Dimensity 9500 prosessoru istifadə olunur. Maraqlıdır ki, eyni çip əvvəlki nəsildə də tətbiq edilmişdi. Yeni modellərdə istiliyin daha effektiv yayılması üçün üçölçülü buxarlandırma kamerasından istifadə edilir.

Samsung Galaxy Tab S12 Ultra üçün bir dəfə şarj doldurulma ilə 23 saata, Galaxy Tab S12+ üçün isə 21 saata qədər işləmə müddəti vəd edir. 45 vattlıq sürətli şarj doldurma sistemi batareyanı təxminən 95 dəqiqəyə tam doldurmağa imkan verir. Bağlantı imkanları modeldən və versiyadan asılı olaraq dəyişir. Planşetlər 5G, Wi-Fi 7 (S12 Ultra) və ya Wi-Fi 6E(S12+), həmçinin Bluetooth 6.0 dəstəyinə malikdir. Hər iki model 2 TB-a qədər microSD yaddaş kartlarını dəstəkləyir.

Galaxy Tab S12 seriyası Android 17 əməliyyat sistemi və One UI 9 interfeysi ilə işləyir. Multi Window funksiyası ekranı eyni anda üç hissəyə bölərək bir neçə tətbiqlə paralel işləməyə imkan verir. Samsung həmçinin planşetlər üçün 7 nəsilə qədər əməliyyat sistemi və təhlükəsizlik yeniləməsi təqdim edəcəyini bildirir. Komplektə S Pen stilusu daxildir. İstifadəçilər ayrıca Pro Keyboard və Book Cover Keyboard Slim klaviaturalarını da əldə edə bilərlər.

Galaxy AI imkanları arasında “Qeydlər üçün köməkçi” funksiyası xüsusi diqqət çəkir. O, yazılmış qeydlərin qısa xülasəsini avtomatik hazırlaya bilir. Samsung Browser isə veb-səhifələrdəki məlumatları, bir neçə açıq vərəqin məzmununu və baxış tarixçəsini təhlil edərək istifadəçiyə ümumi xülasə təqdim edə və daha əvvəl baxılmış mənbəni tapmağa kömək edə bilir.

Kamera sistemində də modellər arasında fərq var. Galaxy Tab S12 Ultra arxa tərəfdə 13 MP əsas kamera və 8 MP ultra genişbucaqlı kamera əldə edib. S12+ modelində isə yalnız bir əsas kamera var. Hər iki planşetin ön hissəsində geniş baxış bucağına malik 12 MP kamera yerləşdirilib. Galaxy Tab S12 Ultra-nın korpus qalınlığı cəmi 5,1 mm, Wi-Fi versiyasının çəkisi isə 692 qramdır. Galaxy Tab S12+ isə 5,3 mm qalınlığında və 553 qram ağırlığındadır. Hər iki model IP68 standartına uyğun olaraq su və tozdan qorunur.

Galaxy Tab S12 Ultra 12 GB RAM və 256/512 GB daxili yaddaş, həmçinin 16 GB RAM + 1 TB yaddaş konfiqurasiyalarında təqdim edilir. Galaxy Tab S12+ isə 12 GB RAM + 256 GB və 12 GB RAM + 512 GB variantlarında satışa çıxarılır.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,707ФанатыМне нравится
1,005ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -