spot_img
4 февраля, 2026
spot_img
ДомойAI / MLFirefox brauzerində bütün İİ-funksiyalarını söndürmək mümkün olacaq

Firefox brauzerində bütün İİ-funksiyalarını söndürmək mümkün olacaq

Mozilla şirkəti Firefox brauzeri üçün süni intellektə skeptik yanaşan istifadəçiləri sevindirəcək yeni funksiyanı anons edib. Yaxın zamanda brauzerdə xüsusi “stop-kran” — yəni bir düymə ilə bütün neyroşəbəkə funksiyalarını deaktiv etməyə imkan verən keçid əlavə olunacaq.

Bu funksiya aktiv edildikdə Firefox-da aşağıdakı İİ imkanları tamamilə söndürüləcək:

  • yan paneldəki çat-bot interfeysi

  • veb-səhifələrin daxili tərcümə aləti

  • vərəqlərin (tabların) ağıllı qruplaşdırılması

  • keçidlərin önbaxışında mətnlərin avtomatik xülasəsi

  • PDF fayllarında şəkillərin İİ-əsaslı təsvirləri

Bundan əlavə, süni intellektlə bağlı bütün məsləhətlər və xatırlatmalar da deaktiv ediləcək. Bununla belə, istəkdən asılı olaraq istifadəçilər əvvəlki kimi ayrı-ayrı İİ funksiyalarını söndürmək imkanını saxlayacaqlar.

Yeni “ümumi söndürmə” mexanizmi artıq Firefox Nightly test versiyalarında sınaqdan keçirilir. Funksiyanın 24 fevralda Firefox 148 versiyası ilə birlikdə bütün istifadəçilər üçün əlçatan olacağı bildirilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,828ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -